PASHA Bank
Ana səhifə
/
/
/
Kiçik UX-UI Dizayneri (Müvəqqəti)

Kiçik UX-UI Dizayneri (Müvəqqəti)

09-09-2024

1K

Təsvir

·       Baş mütəxəssislər tərəfindən verilən dizayn tapşırıqlara diqqətlə yerinə yetirmək;

·       İstifadəçilərin və müştərilərin istifadə təcrübələrini öyrənmək, anketlər, müşahidələr və fokus qrupları vasitəsilə verilənləri toplamaq. Bu məlumatları analiz edərək istifadəçilərin ehtiyaclarını və problemlərini müəyyən etmək;

·       İstifadəçi ehtiyaclarına uyğun olaraq flowlar, interfeyslər və prototiplər hazırlamaq. Bu, veb saytlar, mobil tətbiqlər və digər rəqəmsal interfeyslər üçün şablobların, elementlərin yaradılmasını əhatə edir;

·       Bankın korporativ kimliyinə və marka qaydalarına uyğun dizaynlar yaratmaq. Bu, rənglər, fontlar və digər vizual elementlər üzərində işləməyi əhatə edir;

·       Dizayn həllərini müxtəlif istifadəçi qrupları ilə test etmək və onlardan geribildiriş toplamaq. Bu geribildirişlərə əsaslanaraq dizaynları optimallaşdırmaq və istifadəçi təcrübəsini yaxşılaşdırmaq;

·       PAŞA Bank-ın Dizayn sistemindən istifadə etmək, yeni komponentlər yaratmaq;

·       Məhsul, marketinq, IT, hüquq və digər əlaqəli departamentlərlə yaxın işləmək. Ümumi məqsədləri və layihə tələblərini qarşılamaq üçün effektiv kommunikasiya və koordinasiya bacarıqlarını nümayiş etdirmək;

·       İstifadəçilərin bankın rəqəmsal məhsulları arasında asan və effektiv şəkildə hərəkət etmələrini təmin etmək üçün istifadəçi flowlarını təhlil etmək, optimallaşdırmaq və yaratmaq;

·       Məhsulun hazırlanma prosesində komandada olan mühəndislərlə sıx əlaqədə olaraq onun müştərilərə mükəmməl şəkildə təhvil verilməsinə nəzarət etmək;

·       Agile metodologiyası haqqında məlumatı və təcrübəsi olmaq.

Tələblər

  • Təhsil: Maliyyə və İqtisadiyyat üzrə ali təhsil;
  • Tələb olunan iş təcrübəsi: 3-5 il; 
  • Xarici dillər: İngilis, Rus ;
  • Kompüter bilikləri: Microsoft Office;
  • Məhsul üzrə biliklər: Bank məhsulları.

Vakansiya haqqında

Son tarix

oktyabr 19, 2024

Paylaşılıb

sentyabr 9, 2024

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə