PASHA Bank
Ana səhifə
/
/
/
Marketinq Kommunikasiyası Şöbəsinin rəhbəri

Marketinq Kommunikasiyası Şöbəsinin rəhbəri

08-07-2024

1.6K

Bağlanılıb

Təsvir

·       Bankın pozitiv imicini yartmaq/saxlamaq, təbliğat-təşviqat strategiyası planlaşdırmaq, böhran vəziyyətlərini idarə etmək;

·       Bütün istiqamətlərdə olan korporativ tərəfdaşlar ilə əlaqələr yaratmaq, inkişaf etdirmək, korporativ qeyri-kommersiya maraqları ilə bağlı siyasəti tənzimləmək və bu siyasətə uyğun fəaliyyəti aparmaq;

·       Bankın nüfuzu və imicini gücləndirilmək üçün qabaqcıl dayanıqlı prinsiplər əsasında fəaliyyət aparmaq və cəmiyyət üçün əlavə dəyər yaratmaq üçün beynəlxalq KSM praktikalarını Azərbaycan bazarında tətbiq etmək;

·       Bankın satış hədəflərinə uyğunlaşdırılmış marketinq strategiyası hazırlamaq, məhsul və xidmətlərin təqdimatı üçün uğurlu marketinq kampaniyaları təşkil və təqib etmək;

·       Müştərilərin tələblərini təhlil edərək, mesajları fərdiləşdirib kommunikasiya kanallarının müntəzəm şəkildə təkmilləşdirmək;

·       Xarici kommunikasiya kanallarını idarə etmək;

·       Biznes strukturlarının hədəflərini dəstəkləyən marketinq kampaniya və tədbirlərinin planlamaq və həyata keçirmək;

·       Biznes və qeyri-biznes tərəfdaşlarla əlaqələr qurmaq: Biznes-qurumlar, cəmiyyətlər, assosiasiyalar və digər korporativ tərəfdaşları ilə effektiv əlaqələr qurmaq və inkişaf etdirmək.

·       Milli və xarici KİV-lərlə mütəmadi iş aparmaq/inkişaf etdirmək.

Tələblər

  • Təhsil: Kommunikasiya, Biznesin İdarə Edilməsi, Marketinq, İqtisadiyyat və ya əlaqədar sahədə bakalavr təhsili;
  • İş təcrübəsi: Ən az 5 il iş təcrübəsi; 
  • Xarici dil: Azərbaycan dili (sərbəst), rus dili (sərbəst), ingilis dili (sərbəst);
  • Kompüter bilikləri: MS Office proqramları;
  • Digər: Güclü ünsiyyət və danışıqlar bacarığı, innovativ düşüncə və özünü inkişafı təbliğ etmək bacarığı;
  • Güclü idarəçilik və komanda işi bacarığı.

Vakansiya haqqında

Son tarix

avqust 17, 2024

Paylaşılıb

iyul 8, 2024

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə