PASHA Bank
Ana səhifə
/
/
/
Məhsul İnkişafı Qrupunun Rəhbəri

Məhsul İnkişafı Qrupunun Rəhbəri

08-07-2024

1.1K

Bağlanılıb

Təsvir

·       Biznes məqsədlərinə uyğun olaraq hər bir biznes istiqaməti üzrə marketinq və inkişaf strategiyasının hazırlanması və həyata keçirilməsi;

·       Kampaniyaların yaradılması, hesabatların hazırlanması və kampaniyanın effektivliyini ölçmək üçün rəqəmsal komanda ilə iş birliyi;

·       Məhsulun inkişafı üçün bizneslə sıx əməkdaşlıq;

·       Marketinq strategiyalarını və gələcək təcrübələri davamlı olaraq optimallaşdırmaq üçün kampaniya nəticələrinin təhlili edilməsi və daxili maraqlı tərəflərə hesabatların verilməsi;

·       Məhsulun inkişafını təmin etmək üçün mühəndislər, UX/UI dizaynerləri, CX komandası və digər maraqlı tərəflərlə əməkdaşlıq;

·       İstifadəçi bazasının böyüməsini təmin etmək üçün data ilə iş;

·       Məhsulun performansını və əsas artım göstəricilərini izləmək üçün analitik alətlər və idarə panellərindən istifadə;

·       Məhsul ilə bağlı qərarlar vermək üçün müştəri sorğularının aparılması (NPS, CSI və digər sorğular);

·       İnkişaf ilə əlaqəli məhsul xüsusiyyətlərinin təkmilləşdirilməsi və prioritetləşdirilməsi üçün məhsul sahiblərinə bazar tendensiyaları haqqında məlumatın verilməsi;

·       Seqmentlərin məqsədləri üçün inkişaf proqramı planının yaradılması;

·       İnkişaf imkanlarını müəyyən etmək üçün bazar araşdırmasının, rəqabət və istifadəçi rəyi təhlillərinin aparılması;

·       Məhsulun/seqmentin hər rəqəmsal/ənənəvi kanalda onlayn mövcudluğunu təmin etmək, hər bir məlumatın aktuallığından əmin olmaq;

·       Məhsul dəyişikliklərinin (FAQ, zəng mərkəzi, marketinq qrupu, RM və s.) haqqında bank daxilində (daxili maraqlı tərəflər) kommunikasiya olunması;

·       Xidmətlərin/məhsulların düzgün çatdırılmasını təmin etmək üçün satınalma qrupu ilə sıx əməkdaşlıq;

·       Məhsul satışını və məlumatlılığın artırılmasını təşkil etmək üçün CSE komandası ilə əməkdaşlıq.

Tələblər

·       Təhsil: maliyyə, marketinq və ya satış üzrə bakalavr və magistr təhsili;

·       Tələb olunan iş təcrübəsi: 4-6 il;

·       Lisenziya / Sertifikat: marketinq, satış üzrə sertifikatı olan namizədlərə üstünlük verilir

·       Xarici dillər: ingilis/rus

·       Kompüter bilikləri: “Microsoft Office”, data bazası, “SurveyMonkey”, “Tableau”;

·       Bank məhsulları üzrə bazar biliklər;

·       Data baza ilə işləmək bacarığı;

·       Riyazi biliklər.

Vakansiya haqqında

Son tarix

avqust 17, 2024

Paylaşılıb

iyul 8, 2024

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə