PASHA Bank
Ana səhifə
/
/
/
Məhsul üzrə Mütəxəssis (Hesab və Ödəniş xidmətləri)

Məhsul üzrə Mütəxəssis (Hesab və Ödəniş xidmətləri)

08-07-2024

1.6K

Bağlanılıb

Təsvir

  • Hesab və ödəniş xidmətləri məhsulları üzrə satışın həyata keçirilməsi, gəlirlərinin artırılmasında və təyin edilmiş satış hədəflərinə çatmağa nail olunmasında müştəri menecerlərinə satışla əlaqəli dəstəyin göstərilməsi;
  • Mütəmadi olaraq məhsulların gəlirliliyinin təhlil edilməsi, xərclərin optimallaşdırılması və mümkün qədər azaldılmasının təmin edilməsi, məhsul dövriyyəsinin gözlənilən həcmdə olmasına dəstək göstərməsi;
  • Hesab və ödəniş xidmətləri məhsulları ilə bağlı problemlərin mütəmadi və proaktiv formada köklü həllinə yönəlməsi, araşdıraraq onlardan çıxan nəticələrə görə məhsulların optimallaşdırılması, yeni məhsul inkişaf təşəbbüslərinin irəli sürülməsi;
  • Hesab və ödəniş xidmətləri məhsul xidmətlərinin davamlı inkişaf etdirilməsi üçün yerli bazar və beynəlxalq təcrübənin nəzərdən keçirilməsi, inkişaf üçün istiqamətlərin göstərilməsi;
  • Nağd vəsaitlərin idarə edilməsi, korporativ məhsul xətlərinin formalaşdırılması və dəstəklənməsi;
  • Məhsulun xüsusiyyətləri haqqında bilik və təcrübənin komanda daxilində bölüşülməsi;
  • Potensial məhsul inkişafı üzrə biznes modelinin yaradılması, Yeni məhsulların hazırlanması və idarə edilməsi;
  • Məhsulun inkişafı tələb olunan təqdirdə aidiyyəti bölmələr ilə tələb olunan texniki sənədlərin hazırlanması və testlərin həyata keçirilməsinin təmin edilməsi;
  • Məhsul üzrə formalaşa biləcək Risk, Audit və Komplayns pozulmalarına cavabdeh olmaq;
  • Funksional sahə lideri və Hesab və ödəniş xidmətləri üzrə lider tərəfindən verilən digər şifahi və yazılı tapşırıqlar.

Tələblər

  • Təhsil: Maliyyə və İqtisadiyyat üzrə ali təhsil
  • Tələb olunan iş təcrübəsi: 1-3
  • Xarici dillər: İngilis, Rus
  • Kompüter bilikləri: Microsoft Office
  • Məhsul üzrə biliklər: Bank məhsulları

Vakansiya haqqında

Son tarix

avqust 17, 2024

Paylaşılıb

iyul 8, 2024

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə