PASHA Bank
Ana səhifə
/
/
/
Strateji idarəetmə və araşdırma üzrə Mütəxəssis

Strateji idarəetmə və araşdırma üzrə Mütəxəssis

20-08-2024

1.6K

Bağlanılıb

Təsvir

  • Mövcud bazar tendensiyalarını izləmək üçün bütün mövcud mənbələrdən alınan məlumatları təhlil etmək və nəticələr barədə rəhbərliyə vaxtında məlumat vermək;
  • Bank sektoru üzrə aylıq hesabatın vaxtında hazırlanması;
  • Rəqib araşdırmalarını və maliyyə hesabatlarının təhlilini aparmaq;
  • Strateji qərarların qəbulu üçün davamlı olaraq ən yaxşı qlobal təcrübələri, yerli bazar tendensiyalarını və rəqabət mühitini müəyyən etmək üçün araşdırmaların aparılması;
  • Strateji təşəbbüslərin hədəfləri və icra planları ilə pasportların hazırlanması; strateji təşəbbüslərin maliyyə təsirinin əvvəlcədən və sonrakı qiymətləndirilməsini həyata keçirilməsi;
  • Strategiya uyğunluğu və hədəfə nail olmaq baxımından biznes bölmələrinə dəstək göstərilməsi;
  • Bazarın qiymətləndirməsi, bankın rəqabətli mövqeyini müəyyənləşdirilməsi və araşdırma və analitikanın aparılması (məsələn, makroiqtisadiyyat, qlobal tendensiyalar, texnologiya/innovasiya, bazar, rəqabət, məhsullar üzrə);
  • Strateji plan, məqsədlər, təşəbbüslər və hədəflər barədə şirkət səviyyəsində məlumatlandırılması;
  • Bankdaxili Komitə və SQO-lar, həmçinin Korporativ Mərkəz üçün makro-iqtisadi və rəqabət ilə bağlı vahid məlumat mənbəyi olmaq və müxtəlif sorğularının cavablandırılması və lazımi hesabatların təqdim edilməsi;
  • Yüksək səviyyəli KPI-lərin idarəedilməsi.

Tələblər

  • Təhsil: Bakalavr dərəcəsi;
  • Tələb olunan iş təcrübəsi: Müvafiq sahə üzrə minimum 2 (iki) il;
  • Xarici dil bilikləri: İngilis dili (səlis), rus dili (arzuolunandır);
  • Kompüter bilikləri: MS Office, layihə idarəedilməsi proqramları (məs. Jira);
  • Məhsul üzrə biliklər: Bank məhsulları, satış kanalları və risk səviyyələri;
  • Bazar üzrə biliklər: Makroiqtisadiyyat və Bank sahəsi;
  • Digər tələblər: Biznes prosesləri üzrə biliklər, şəxsi münasibətlərin qurulması və idarəedilməsi, güclü ünsiyyət bacarıqları (yazılı və şifahi).

Vakansiya haqqında

Son tarix

sentyabr 29, 2024

Paylaşılıb

avqust 20, 2024

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə