"Rabitəbank" Açıq Səhmdar Cəmiyyəti
Ana səhifə
/
/
/
Rəqəmsal risklərin idarə edilməsi şöbəsinin rəisi

Rəqəmsal risklərin idarə edilməsi şöbəsinin rəisi

31-10-2024

3.5K

Təsvir

“Rabitəbank” ASC Risklərin İdarə Edilməsi Departamentinin Rəqəmsal Risklərin İdarə Edilməsi şöbəsində Şöbə rəisi vəzifəsinə işə qəbul elan edir.

 

Ölkənin ən iri banklarından biri olan “Rabitəbank” ASC Sizə uğurlu karyera qurmaq, şəxsi inkişafınıza peşəkar komandada nail olmaq imkanı yaradır. Rabitəbank öyrənməyə meyilli olan, pozitiv, işinə yaradıcı yanaşan şəxslərin axtarışındadır.


Vəzifə öhdəlikləri:


  • Bankın rəqəmsal fəaliyyətlərindən qaynaqlanan potensial riskləri təhlil etmək və qiymətləndirmək;
  • Rəqəmsal risklərin idarə edilməsi üçün strategiyalar və prosedurlar hazırlamaqda iştirak etmək;
  • Bankın məlumatlarının təhlükəsizliyini təmin etmək və məlumat sızıntılarının qarşısını almaq;
  • Bankın rəqəmsal əməliyyatlarının mövcud qanun və tənzimləmələrə uyğun olmasını təmin etmək;
  • Uyğunluq tələblərinə riayət edilməsini izləmək və bununla bağlı hesabatların hazırlanmasına nəzarət;
  • Rəqəmsal əməliyyatların və sistemlərin davamlı monitorinqini aparmaq;
  • Risklərin təhlili ilə bağlı məlumatların toplanıb analiz edilməsinə nəzarət;
  • Rəqəmsal risklərlə bağlı hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək;
  • Birbaşa özünün habelə strukturun fəaliyyətinə aid olan digər vəzifələri həyata keçirmək.

Tələblər

  • Ali təhsil və müvafiq sahə (elektron bankçılıq, onlayn kreditləşmə, rəqəmsallaşma, avtomalaşma, data analitika, Mob app, İnternet Bankçılıq, kart əməliyyatları və s) və idarəetmə üzrə ən azı 3 il iş təcübəsi;
  • Xarici dil bilikləri üstünlük sayılır (İngilis dili və Rus dili);
  • Problemləri həll etmə bacarığı;
  • Məlumatların təhlili bacarığı;
  • Məsuliyyətli, təşəbbüskar olmaq, analitik bacarıqlar və üstün araşdırma bacarığı.

Vakansiya haqqında

Son tarix

dekabr 10, 2024

Paylaşılıb

oktyabr 31, 2024

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə