Material ehtiyyatlarına olan tələbatı, eləcə də onların keyfiyyətinin standarta, texniki tələblərə, müqavilə və başqa normativ sənədlərə uyğunluğunu təyin edir;
Texnikaya, materiala təminatın plan layihələrinin tərtib olunmasına, müqavilə öhdəliklərinin yerinə yetirilməsinə, avadanlıq, enerji, yanacaq materiallar, xammal fondunun qəbul olunması və işlənilməsinə nəzarət edir;
Göndərilmiş keyfiyyətsiz əmtəə-maddi sərvətlər üzrə sifarişçinin narazılığı haqda cavab hazırlanması işində iştirak edir;
Anbarda ehtiyat materiallarının və hazır məhsulun olmasına nəzarət edir, alıcılar və tədarükçülər arasında əlaqə yaradır, plana uyğun olaraq məhsulun vaxtında yüklənməsi üçün sənədləri rəsmiləşdirir;
Əmtəə-maddi sərvətlərinin alınıb satılması hesabına, qayıdılası taraların vaxtında yüklənib göndərilməsinə nəzarət edir, lazımi hallarda yerinə gəlib çatmayan malların axtarışını aparır;
İnventarizasiyanın aparılmasında iştirak edir, normadan artıq material ehtiyatlarının, əmlakın yığılması səbəblərini öyrənir, tədbirlər görür;
Anbarlarda mal-material qiymətlilərinin saxlanılması qaydasına riayət edilməsinə, hazır məhsulun sifarişçiyə yüklənib göndərilməsi hazırlığına nəzarət edir, məhsulun göndərilməsi və satılması üçün lazım olan sənədləri rəsmiləşdirir, qoyulmuş forma ilə hesabat tərtib edir;
Zavodlarda xam-pambığın emalından alınan məhsulları (mahlıc, çiyid, lint, ulyuk, tiftik) qəbul edir emaldan alınan hazır məhsullara (mahlıc, çiyid, lint, ulyuk və tiftik) üzrə maddi-məsul şəxsdir. Müqavilələr əsasında nəqliyyat vasitələrinə yüklənib alıcı təşkilatla göndərilməsini təşkil edir;
Hər bir xam pambıq dəstinin emalından alınan hazır məhsulların kəmiyyət və keyfiyyət göstəricilərinin müəyyən edilməsində biləvasitə iştirak edir;
Hazır məhsulların saxlanmasına nəzarət edir və saxlanmanın tələbata uyğun yerinə yetirilməsi üçün müvafiq proflaktik tədbirlərin yerinə yetirilməsini təmin edir;
Hazır məhsulları kəmiyyət və keyfiyyət göstəricilərinə uyğun olaraq nəqliyyat vasitələrinə yüklənilib alıcı təşkilatlara göndərilməsini təmin edir;
Vəzifəsi üzrə rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirir.
Responsibilities
Müvafiq sahə üzrə orta ixtisas təhsili və müvafiq iş üzrə 3 ildən az olmayaraq iş stajı;
MS Windows, MS Office, I C 8.3, İnternet və s. biliklər.