Enerji ilə bağlı olan problemlər (enerji təminatı, cihazların düzgün işləməməsi və s.) yarandığı halda, rəhbərliyi məlumatlandırmaqla, istehsal prossesinə bir başa müdaxilə səlahiyyəti vardır.
Görülmüş işlərin nəticəsinə, təminatına və fəsadlarına bir başa məsuliyyət daşımaq;
Növbə vaxtı və digər vaxtlarda da zavod ərazisində və zavodyanı ərazidə olan bütün elektrik cihazlarının təhlükəsiz işləməsinə bir başa məsuliyyət daşımaq;
Zavod və ya məntəqənin enerji təchizatının fasiləsiz təmin edilməsi üçün olaraq bütün enerji təsərrüfatını yoxlayır və gündəlik olaraq Baş energetikə məruzə etmək;
Elektrik avadanlıqlarının texniki cəhətdən düzgün istismarını və təmirini təşkil etmək;
Enerji təsərrüfatının istismarı üçün lazım olan ehtiyat hissələrinin əldə edilməsi üçün sifarişləri vaxtında Baş energetikə məlumat vermək;
Enerji qurğularının davamlı və təhlükəsiz işinə nəzarət etmək;
Elektrik keçiricilərinin üstü açıq olmamasına nəzarət edir, qısaqapanmanın yaranmaması üçün lazımi addımlar atmaq;
Elektirik qurğularının, nəzarət-ölçü, elektrik cihazlarının təhlükəsiz istismarını, yeraltı qurğuların və kommunikasiyaların qorunması üzrə işlərin aparılmasını təmin etmək;
Elektrik cihazlarının təmiri və yoxlanılmasını icra etmək;
Elektrik avadanlıqlarını, həmçinin elektrik enerjisinin sərfini təhlil edir, qəzalar və onların səbəblərini haqqında Baş energetikə məlumat vermək;
Enerji qurğularının daha gərgin şəraitdə işləməsi üzrə hazırlıq tədbirlərini icra etmək;
Profilaktik təmirlərin, texniki yoxlamanı yerinə yetirilməsini icra etmək;
Rəhbərlik tərəfindən təyin edilmiş digər tapşırıqların icrasını yerinə yetirmək.
Responsibilities
Təhsil: Ali və ya orta ixtisas
Təcrübə: 1 il
Dil Bilikləri: Azərbaycan dili
Texniki Bilikləri:
Enerji avadanlıqlarının istehsal gücünü, texniki xarakteristikasını, konstruktiv xüsusiyyətini, iş rejimini (enerji istifadə edən qurğuların) onların istismar qaydalarını bilməlidir.
Əməyin mühafizəsi, istehsalat sanitariyası, təhlükəsizlik texnikası və yanğından mühafizənin norma və qaydalarını bilməlidir.