Tədqiqat zamanı laboratoriya təhlillərini yerinə yetirir.
İş proqramına uyğun olaraq materialların yığılmasında və emalında iştirak edir.
Laboratoriya avadanlığı, cihaz və qurğularının təmiz və saz vəziyyətdə saxlanılmasına nəzarət edir, onları təcrübəyə hazırlayır.
Təlimatlara əsasən cihaz və aparatları yoxlayır və təmizləyir, eksperimentlərin aparılmasında iştirak edir.
Cihazların göstəricilərini, təhlilin nəticələrini işçi jurnalında qeyd edir.
Müəssisə, idarə və təşkilatların bölmələrini lazımi cihaz, material və reaktivlərlə təmin edir.
Metodik materiallara uyğun olaraq analiz, sınaq, ölçmə nəticələrini emal edir, sistemləşdiri, rəsmiləşdiri və onların hesabınl aparır.
Verilən tapşırıqlara uyğun olaraq məlumatların şərh və məlumat nəşrlərindən, normativ-texniki sənədlər üzrə mənbəyini müəyyən edir. Aparılan eksperiment və tədqiqatlarla bağlı müxtəlif hesablama və qrafik işləri yerinə yetirir.
Responsibilities
Orta ixtisas təhsili ;
MS Windows, MS Office, 1 C, İnternet və s. biliklər.
İşin mövzusuna aid olan rəhbər, normativ və sorğu materiallarını, analiz, sınaq və başqa növ tədqiqatların aparılması üsullarını, texniki sənədlərin işlənib hazırlanmasını, qüvvədə olan standartları, onların rəsmiləşdirilməsi qaydasını bilməli ;
Laboratoriya avadanlığını, nəzarət ölçü cihazlarını və onların istismar qaydalarını bilməli ;
İqtisadiyyatın, əməyin və istehsalın təşkilinin əsaslarını bilməli ;
Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını bilməlidir.