Filialın daxilində bütün neqativ halların qarşısını almaq ( münaqişə, oğurluq, qadağan olunmuş yerlərdə siqaret çəkmə və s );
Nəzarət buraxılış məntəqəsindən keçən şəxsləri yoxlamaq;
Xüsusi buraxılış kağızı əsasında mühafizə olunan obyektə daxil olan qonaqların qeydiyyatının həyata keçirmək;
Spirtli içki qəbul etmiş şəxslərin mühafizə olunan ərazilərə girişini məhdudlaşdırmaq;
Qıfılların, qapıların, möhürlərin, gözətçinin texniki avadanlığının vəziyyətini yoxlamaq;
Obyektə (təhlükəsizlik dərəcəsindən aslı olaraq) giriş-çıxış zamanı adamların əl çantalarını yoxlanmaq;
Təlimata əsasən tapşırılan obyektin müəyyən olunmuş vaxt çərçivəsində gözətləmək;
Obyektə gətirilən və ya çıxarılan mal-materialın, maşın və texnikanın qeydiyyatını aparmaq;
Hadisələrə qarşı diqqətli davranmaq;
Geyim qaydasına riayət etmək;
Baş verən hadisə barədə gözətçi rəhbərinə mütəmadi olaraq məlumat vermək;
Ona həvalə olunmuş vəzifə öhdəliklərinin vaxtında və keyfiyyətli həyata keçirmək;
Daxili intizam, yanğın təhlükəsizliyi və təhlükəsizlik texnikası qaydalarına riayət etmək;
Gizlilik tələb edən məlumatların qorunmasından məsuldur;
Müəssisənin fəaliyyətinə, işçilərinə və digər şəxslərə təhlükə yaradan təhlükəsizlik texnikası, yanğına qarşı və sanitariya qaydalarının pozulmasının aradan qaldırılması üzrə, rəhbərliyin vaxtında məlumatlandırılması da daxil olmaqla, operativ tədbirlər həyata keçirmək;