Əməyin mühafizəsi haqqında normativlərə və standartlara, təhlükəsizlik texnikası qaydalarına və digər normativ sənədlərə riayət olunmasına nəzərat edir;
Yeni işə qəbul olunanlara, ezamiyyətə və qonaq gələnlərə, istehsalat təliminə və ya praktikaya gələn şagird və tələbələrə əməyin mühafizəsi üzrə giriş təlimat proqramına uyğun təlimat keçirir;
Müəssinin ərazisində xüsusi yanğından mühafizə vasitlərinin yerləşməsini müəyyən edir və onların daim hazır vəziyyətdə, istifadəyə yararlı olmasını nəzarətdə saxlayır və qeydiyyatını aparır;
Ətraf mühitin mühafizəsi üzrə qanunvericiliyə, təbii ehtiyatlardan səmərəli istifadə olunması, təhlükəsizlik texnikası və əməyin mühafizəsi barədə Cəmiyyətin rəhbərliyinin əmr və sərəncamlarının yerinə yetirilməsinə nəzarət və qəbul olunmuş qərarların icrasını təmin edir;
Təhlükəsizlik texnikası və əməyin mühafizəsi sahəsində vəziyyəti yaxşılaşdırmaq üçün planların hazırlanmasında iştirak edir;
İşçilər və bilavasitə işə rəhbərlik edən şəxslər tərəfindən əməyin mühafizəsi qaydalarına əməl edilməsinə nəzarət edir;
Xüsusi geyim, ayaqqabı və digər fərdi mühafizə vasitələrinin saxlanılmasına, verilməsinə və onlardan düzgün istifadə olunmasına nəzarət edir,həmçinin filiallarda onların təmin edilməsi və paylaşım siyahısını hazırlayır;
Əməyin mühafizəsi və təhlükəsizlik texnikasına aid olan aylıq və rüblük hesabatların filiallardan alınmasını və qeydiyyatını hazırlayıb SƏTƏM rəhbərinə təqdim edir;
Qurğuların, aqreqatların, dəzgəhların və digər avadanlıqların təmirdən sonra qəbul komissiyalarının siyahısını təftiş edir və ehtiyac yarandıqda yoxlamalarda iştirak edir;
Qüvvədə olan təlimatların yerinə yetirilməsini yoxlayır, işçilərə təhlükəsiz iş üsulların öyrədilməsində, iş rəhbərlərinə metodiki yardım edir;
İş fəaliyyətini Əmək Məcəlləsi, əməyin mühafizəsi ilə bağlı norma və qaydalar və digər əlaqəli qanunvericilik aktlarına uyğun təşkil edir;
Ətraf mühitin qorunması, əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarına riayət edir;
SƏTƏM-lə əlaqədar hesabatlılıq formalarının ümumiləşdirilməsində köməklik edir, data bazanın yenilənməsində və təkmilləşdirilməsində iştirak edir;
Rəhbərlik tərəfindən təyin edilmiş digər tapşırıqların icrası.
Əlavə məlumat:
Əmək haqqı razılaşma əsasında;
Şirkət tərəfindən könüllü tibbi sığorta ilə təmin olunur;
İş qrafiki: Bazar ertəsi-Cümə (09:30-18:30);
İş yeri: Bakı şəhəri, Qafqaz Business Center.
Responsibilities
Ali təhsil;
Müvafiq sahə üzrə 1-2 il iş təcrübəsi ;
FHN tərəfindən verilən “Sənayedə texniki təhlükəsizlik və əməyn mühafizəsi qaydaları və normaları” üzrə sertifikat (SƏTƏMM üzrə əlavə sertifikatların olmasına da üstünlük verilir);
Azərbaycan dili səlis, ingilis dili üstünlükdür;
Kompüter bilikləri: MS Office (Outlook, Word, Excel) proqramları;
Bölgələrə SƏTƏM üzrə yoxlamalar keçirilməsi məqsdi ilə ezama getdilməsi üçün açıq olmalı.