
Bu gün
74
Ümumi məlumat
Təhsil sahəsində fəaliyyət göstərən təşkilatımız İcraçı direktorun assistenti (xüsusi layihələr üzrə koordinator) vəzifəsi üzrə analitik düşüncəli, sistemli işləməyi bacaran və layihə idarəetməsi sahəsində inkişaf etmək istəyən namizədləri birgə əməkdaşlığa dəvət edir.
Bu vəzifə yalnız gündəlik icraçı dəstək funksiyası deyil, eyni zamanda təhsil müəssisəsinin inkişafı ilə bağlı konkret layihələrin planlaşdırılması, icrası və nəticələrinin ölçülməsini əhatə edən strateji inkişaf roludur.
Vəzifənin əsas məqsədi
İcraçı direktorun gündəlik idarəetmə fəaliyyətinə strateji və operativ dəstək göstərmək, xüsusi layihələrin planlaşdırılması, icrası və monitorinqini təmin etmək, rəhbərliyin qərarvermə prosesini dəqiq məlumat, analitika və koordinasiya ilə gücləndirmək və idarəetmə effektivliyinin artırılmasına dəstək göstərmək.
Əsas vəzifələr və konkret hədəflər
1. Layihə idarəetməsi və koordinasiya
· Təhsil, idarəetmə, rəqəmsallaşma, əməliyyat və inkişaf yönümlü layihələrin strukturlaşdırılmış layihə planları əsasında idarə edilməsi
· Layihə məqsədlərinin, gözlənilən nəticələrin (deliverables) və KPI-ların müəyyən edilməsi
· Layihə vaxt qrafikinin (timeline), mərhələlərin və məsul şəxslərin təyin edilməsi
· Resursların koordinasiyası və mərhələli icranın təmin edilməsi
· Risklərin erkən müəyyən edilməsi və həll yollarının təklif olunması
· Layihələrin plan üzrə icra faizinin və vaxtında tamamlanma göstəricilərinin izlənməsi
· Aylıq və rüblük layihə status hesabatlarının hazırlanması və təqdim edilməsi
2. İcraçı direktorun gündəlik idarəetmə dəstəyi
· İcraçı direktorun gündəlik prioritetlərinin və iş planının idarə olunması
· İclasların təşkili, gündəliklərin hazırlanması, protokolların aparılması
· Qərarların icrasına nəzarət və tapşırıqların izlənməsi
· Qısa, dəqiq və qəraryönümlü arayışların və təqdimatların hazırlanması
· Rəhbərlik üçün analitik xülasələrin hazırlanması
3. Analitika və hesabatlılıq
· Layihə və idarəetmə prosesləri üzrə məlumatların toplanması və təhlili
· Excel əsaslı layihə izləmə cədvəlləri və dashboard-ların hazırlanması
· Pivot Table, əsas analitik funksiyalar və data vizuallaşdırma alətlərindən istifadə
· PowerPoint təqdimatlarının hazırlanması
· Qərarverməni dəstəkləyən analitik materialların hazırlanması
4. Kommunikasiya və proseslərin koordinasiyası
· Akademik və inzibati bölmələr arasında layihə əsaslı koordinasiya
· Layihə komandaları ilə müntəzəm görüşlərin təşkili
· Xarici tərəfdaşlarla layihə çərçivəsində əməkdaşlıq
· Məxfilik və etik davranış prinsiplərinə ciddi riayət
Təhsil və təcrübə
· Ali təhsil (idarəetmə, biznes, iqtisadiyyat, təhsil və oxşar sahələr)
· Minimum 2 il layihə koordinasiyası, idarəetmə dəstəyi və ya oxşar vəzifədə iş təcrübəsi
· Layihə idarəetməsi sahəsində real iştirak təcrübəsi üstünlükdür
· Təhsil sahəsində təcrübə və ya bu sahədə uzunmüddətli işləmək istəyi arzuolunandır
Bacarıqlar
· Layihəyönümlü düşüncə tərzi (planlama, icra, risk və nəticə fokuslu yanaşma)
· Analitik və strukturlaşdırılmış düşünmə bacarığı
· Güclü planlaşdırma və prioritetləşdirmə bacarığı
· Paralel layihələri idarə etmə bacarığı
· Excel üzrə yaxşı səviyyə
· Təqdimat bacarığı
· Aydın yazılı və şifahi kommunikasiya
· Azərbaycan dili – əla, İngilis dili – yaxşı
· Problem həll etmə və nəticəyönümlü yanaşma
· Məntiqi nəticə çıxarma və əsaslandırılmış qərarvermə
· Komanda ilə əməkdaşlıq bacarığı
· Dəyişikliyə açıqlıq və adaptasiya qabiliyyəti
Şəxsi keyfiyyətlər
· Məsuliyyətli və nəticəyönümlü yanaşma
· Proaktivlik və təşəbbüskarlıq
· Sistemli işləmə vərdişi
· Stress altında işləmə bacarığı
· Etik davranış və məxfilik mədəniyyəti
· Öyrənməyə və inkişaf etməyə açıq olmaq
· Emosional zəka (EQ) və situasiyaya uyğun davranış
Son tarix
March 15, 2026
Paylaşılıb
fevral 13, 2026
Vakansiya növü
Tam ştat
Təcrübə
1-2 il
Vəzifə dərəcəsi
Digər

Yelo Bank ASC ● Bakı, Azərbaycan
Bu gün
16

AzəriMed QSC ● Bakı, Azərbaycan
Bu gün
14

Unibank Kommersiya Bankı ● Bakı, Azərbaycan
Bu gün
41

Yelo Bank ASC ● Bakı, Azərbaycan
Bu gün
67

BOKT "İDEAL KREDİT" MMC ● Bakı, Azərbaycan
Bu gün
58