Kontakt Home
Ana səhifə
/
/
/
İT infrastrukturun və əməliyyatlarının idarə edilməsi şöbəsinin rəhbəri

İT infrastrukturun və əməliyyatlarının idarə edilməsi şöbəsinin rəhbəri

  • Kontakt Home
  • Süleyman Sani Axundov küçəsi, Bakı, Azərbaycan
  • Tam ştat

03-09-2024

1K

Bağlanılıb

Təsvir

  • İstənilən növ İT məsələlərinin gündəlik təhlili və idarə edilməsi;
  • Şirkətin bütün İT infrastrukturunu, o cümlədən proqram və aparat vasitələrini, bütün növ rabitə vasitələrini, internet kanallarını və s. idarə edilməsi;
  • İT infrastrukturunun təhlükəsizliyini, dayanıqlığını və effektivliyinin təmin edilməsi;
  • Şirkətin əməliyyat fəaliyyətini dəstəkləmək üçün lazımi İT həlləri hazırlamaq və həyata keçirilməsi;
  • İT məhsuldarlığını artırmaq üçün yeni texnoloji avadanlıq və proqram təminatlarını inteqrasiya edilməsi;
  • İT şöbəsinin işçi heyətini idarə etmək və inkişaf etdirilməsi;
  • Şirkətin digər departament və şöbələri ilə sıx əməkdaşlıq edərək, onların İT ehtiyaclarını başa düşmək və həll yolları təqdim edilməsi;
  • İT Direktoru tərəfindən verilən tapşırıqları icra etmək, hesabatlar hazırlayıb təqdim edilməsi


İş şəraiti:

  • İş günləri: I-V günlər;
  • İş saatı: 09:00-18:00;
  • Tibbi sığorta.

Tələblər

  • İnformasiya Texnologiyaları, Kompüter Elmləri və ya oxşar sahə üzrə ali təhsil;
  • Ümumi İT sahəsində ən az 7 illik iş təcrübəsi, şöbə və ya bölmə rəhbəri, team leader və s. kimi vəzifələrdə 2 illik idarəetmə təcrübəsi;
  • Sistem İnzibatçılığı, şəbəkə idarəetməsi və ya təhlükəsizlik sahələrindən ən az biri üzrə dərin bilik və bacarıqların olması;
  • Müxtəlif növ server əməliyyat sistemləri və şəbəkə protokolları üzrə dərin biliklər;
  • Cloud texnologiyaları, virtualizasiya, əsas və ehtiyat məlumat mərkəzi idarəçiliyi üzrə təcrübə;
  • Failover Clustering, Disaster Recovery Site və s. iş təcrübəsinin olması üstünlükdür;
  • Palo Alto, Fortinet, Cisco, Aruba, Ubiquiti və s. kimi şəbəkə avadanlıqları üzrə dərin biliklər;
  • Azure, Kubernetes, Docker və MS SQL üzrə biliklər arzuolunandır;
  • Azərbaycan dilində səlis danışmaq və yazmaq bacarığı, ingilis və rus dilləri biliyi üstünlükdür;
  • Güclü liderlik və komanda idarəetmə bacarığı;
  • Detallara və nəticəyə yönümlülük.

Vakansiya haqqında

Son tarix

oktyabr 13, 2024

Paylaşılıb

sentyabr 3, 2024

Vakansiya növü

Tam ştat

Kateqoriya

Elm, Texnologiya və Mühəndislik