Kontakt Home

Kargüzar

Bu gün

29

Təsvir

  • Elektron Sənəd Dövriyyəsi sistemi vasitəsilə daxili və xarici sənədlərin qəbulu, qeydiyyatı, rəsmiləşdirilməsi və yönləndirilməsi;
  • Sənədlərin Elektron Sənəd Dövriyyəsi sistemində təsdiq/imza mərhələlərinin (marşrutlarının) izlənilməsi və prosesin operativliyinin təmin edilməsi;
  • Rəsmi yazışmaların (məktub, arayış, bildiriş və s.) korporativ standartlara uyğun hazırlanması və göndərilməsi; Sənədlərin elektron və fiziki qaydalara uyğun olaraq arxivləşdirilməsi, sistemləşdirilməsi və təhlükəsiz saxlanılması;
  • Rəhbərliyin və struktur bölmələrin inzibati sorğularının icrası;
  • Müqavilə, əmr, sərəncam və digər rəsmi sənədlərin dövriyyəsinin təşkili;
  • Dövlət qurumları və digər təşkilatlarla rəsmi yazışmaların aparılması;
  • Sənədlərin icra müddətlərinə ciddi nəzarət edilməsi, icra statusunun izlənilməsi və gecikmələr barədə hesabatlığın aparılması;
  • Telefon zənglərinin və yazılı müraciətlərin cavablandırılması (zərurət olduqda);
  • Ofisdaxili inzibati proseslərdə iştirak olunması.

Tələblər

  • Ali və ya orta ixtisas təhsili;
  • Oxşar sahədə (Kargüzarlıq və sənəd dövriyyəsi) minimum 2-3 il iş təcrübəsi;
  • Elektron Sənəd Dövriyyəsi sistemləri ilə praktiki işləmək bacarığı (Mütləqdir);
  • Azərbaycan dilində mükəmməl yazılı və şifahi ünsiyyət, işgüzar yazışma bacarığı;
  • MS Office proqramlarında (xüsusilə Word, Excel) yüksək səviyyədə işləmək bacarığı;
  • Sənədlərlə dəqiq, diqqətli və məsuliyyətli işləmə bacarığı;
  • Məxfi məlumatlarla işləmə etikası və korporativ konfidensiallıq qaydalarına riayət olunması.

Vakansiya haqqında

Son tarix

July 17, 2026

Paylaşılıb

iyun 17, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Hüquq