Kontakt Home
Ana səhifə
/
/
/
Onlayn sifariş bölməsinin rəhbəri

Onlayn sifariş bölməsinin rəhbəri

Bu gün

26

Təsvir

Kontakt Home komandamıza peşəkar komanda üzvü axtarırıq.


Vəzifə öhdəlikləri:


  • Online sifariş bölməsinə daxil olan komandaların effektiv idarə edilməsinin, iş bölgüsünün və əməliyyat proseslərinin fasiləsiz fəaliyyətinin təmin edilməsi;
  • İş qaydalarının, prosedurlarının, iş qrafiklərinin və FAQ sənədlərinin hazırlanması, yenilənməsi və onların düzgün icrasına nəzarət edilməsi;
  • Əməkdaşlarla fərdi və qrup görüşlərin təşkil edilməsi, fəaliyyət nəticələrinin qiymətləndirilməsi və iş keyfiyyətinin artırılması istiqamətində tədbirlərin görülməsi;
  • Komanda üzvlərinin peşəkar inkişafının təmin edilməsi məqsədilə təlim və inkişaf proqramlarının təşkil edilməsi;
  • Komandalar üzrə aylıq hesabatların hazırlanması, əsas fəaliyyət göstəricilərinin (KPI) izlənməsi, nəticələrin təhlil edilməsi və müəyyən edilmiş hədəflərə nail olunmasının təmin edilməsi;
  • Komandalar üzrə satış bonuslarının müəyyən edilmiş qaydalara uyğun hesablanması və nəticələrin düzgünlüyünə nəzarət edilməsi;
  • Sifarişlərin emalı, müştərilərlə əlaqə, sifarişlərin təsdiqi və digər əməliyyat proseslərinin effektivliyinin izlənməsi yaranan problemlərin araşdırılması və operativ həllinin təmin edilməsi;
  • Müştəri müraciətlərini, şikayətlərini, əməkdaşların rəylərini və əməliyyat göstəricilərini təhlil edərək xidmət keyfiyyətinin yüksəldilməsi və satış nəticələrinin yaxşılaşdırılması üçün təkliflərin hazırlanması;
  • İstifadə olunan informasiya sistemləri və platformalarda yaranan texniki və funksional problemlərin araşdırılması müvafiq İT komandaları və platforma təmsilçiləri ilə koordinasiyanın təmin edilməsi;
  • Əməliyyat proseslərində səmərəliliyin artırılması, təkrarlanan problemlərin aradan qaldırılması və iş axınlarının optimallaşdırılması istiqamətində təşəbbüslərin irəli sürülməsi;
  • İş yükünü, sifariş həcmini və xidmət səviyyəsini təhlil edərək əməkdaş resurslarının düzgün planlaşdırılmasının və səmərəli istifadəsinin təmin edilməsi;
  • Digər struktur bölmələrlə qarşılıqlı əməkdaşlığın və proseslər üzrə effektiv koordinasiyanın təmin edilməsi;
  • Rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında və keyfiyyətlə icrasının təmin edilməsi.

Tələblər

Namizədə tələblər:


  • Ali təhsil (idarəetmə, biznes, iqtisadiyyat və ya əlaqəli sahələr üzrə);
  • Azərbaycan və rus dillərində sərbəst yazılı və şifahi ünsiyyət bacarığı;
  • İdarəetmə sahəsində, xüsusilə satış, müştəri xidmətləri, e-commerce və ya əməliyyatların idarə olunması istiqamətində minimum 3 il iş təcrübəsi;
  • Komanda idarəetməsi və əməkdaşların fəaliyyətinin qiymətləndirilməsi üzrə təcrübə;
  • Əməliyyat proseslərinin təşkili, optimallaşdırılması və iş qaydalarının hazırlanması üzrə bacarıqlar;
  • KPI-ların müəyyən edilməsi, izlənilməsi, hesabatların hazırlanması və nəticələrin təhlili üzrə təcrübə;
  • Analitik düşünmə, problem həll etmə və qərarvermə bacarıqları;
  • Microsoft Office proqramları üzrə yüksək səviyyədə biliklər, Power BI bilikləri üstünlükdür;
  • Güclü kommunikasiya, təşkilatçılıq və liderlik bacarıqları;
  • Eyni vaxtda bir neçə prosesin idarə edilməsi, prioritetlərin müəyyənləşdirilməsi və vaxtın səmərəli planlaşdırılması bacarığı;
  • Məsuliyyətlilik, təşəbbüskarlıq və nəticəyönümlülük.

Vakansiya haqqında

Son tarix

November 26, 2026

Paylaşılıb

oktyabr 27, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Satış və müştəri xidmətləri