Kontakt Home
Ana səhifə
/
/
/
Süni İntellekt üzrə kiçik mühəndis

Süni İntellekt üzrə kiçik mühəndis

Dünən

56

Təsvir

  • Qlobal trendlərin monitorinqi və biznes tələblərinin analizi;
  • Həllərin təklifi: Toplanan biznes problemlərinə uyğun gələn ən effektiv AI alətlərini və avtomatlaşdırma ssenarilərini araşdırıb, komandaya təklif etmək;
  • Alət müqayisəsi və analitika: Eyni funksiyalı AI platformalarını müqayisə edərək onların üstün və zəif cəhətlərini göstərən detallı analitik cədvəllər hazırlamaq.
  • Məlumatların mərkəzləşdirilməsi: AI çatbotlarının effektiv işləməsi üçün şirkət daxilindəki dağınıq sənədləri, excel cədvəlləri və prosedurlarının toplanmasına, təmizləyərək vahid "bilik bazası" (knowledge base) formalaşdırılmasına dəstək.
  • No-code prototip və testlər;
  • Biznes proseslərinin xəritələnməsi, hesabatlılıq və təqdimat;
  • Daxili təlim və adaptasiya: Tətbiq edilən yeni AI alətlərinin şirkət əməkdaşları tərəfindən mənimsənilməsi üçün istifadəçi təlimatları hazırlamaq və kiçik təlimlər (workshop) keçirmək.

Tələblər

  • Ali təhsil arzuolunandır;
  • İngilis dilində texniki materiallarla işləmə bacarığı (araşdırma məqsədli);
  • Model növləri barədə baza biliklər (məs.: LLM, video AI, image AI, multimodal modellər, agent sistemləri);
  • Prompt mühəndisliyi (müxtəlif tapşırıqlar üçün effektiv prompt yazma bacarığı);
  • Araşdırma və müqayisə etmə bacarığı (AI alətlərinin test edilməsi, nəticələrin ölçülməsi, müqayisə cədvəllərinin hazırlanması);
  • Avtomatlaşdırma ekosistemlərindən baza bilikləri arzuolunandır (n8n, Make, Zapier ilə iş axınlarının qurulmasına maraq);
  • Eksperiment aparmaq bacarığı (prototip hazırlanması, test nəticələrinin sənədləşdirilməsi);
  • AI yeniliklərinin izlənməsi (model buraxılışları, benchmarklar, changeloglar, roadmap oxuma bacarığı);
  • Yeni texnologiyaları öyrənməyə yüksək motivasiya;
  • Komanda ilə effektiv əməkdaşlıq və kommunikasiya;
  • Vaxt idarəçiliyi və paralel tapşırıqlarla işləmə bacarığı.

Vakansiya haqqında

Son tarix

January 24, 2026

Paylaşılıb

dekabr 15, 2025

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə