Unibank Kommersiya Bankı
Ana səhifə
/
/
/
Məhsul Sahibi (Lending Products Squad)

Məhsul Sahibi (Lending Products Squad)

Bu gün

205

Təsvir

  • Məhsul üzrə müştəri rəylərinin toplanması, müştəri təcrübəsinin təhlili və bazar meyllərinin araşdırılması;
  • Məhsul strategiyasının, yol xəritəsinin və hədəflərin müəyyən edilməsi və optimallaşdırılması məqsədilə maraqlı tərəflərlə sıx əməkdaşlıq;
  • Razılaşdırılmış məhsul strategiyası və müştəri araşdırmalarına əsaslanaraq inkişaf komandası (İT skvod) üçün User Story-lərin hazırlanması, prioritetləşdirilməsi və idarə olunması;
  • Yeni funksionallıqların vaxtında və yüksək keyfiyyətlə təqdim olunmasını təmin etmək üçün development komandaları ilə koordinasiyalı əməkdaşlıq;
  • Məhsulun performansının təhlili və ölçülməsi, inkişaf imkanlarının müəyyən edilməsi və davamlı təkmilləşdirmə təşəbbüslərinin irəli sürülməsi;
  • Məhsul üzrə yeniliklərin, irəliləyişlərin və əsas göstəricilərin maraqlı tərəflərə mütəmadi olaraq təqdim edilməsi və təşkilat daxili effektiv kommunikasiyanın təmin olunması.


Üstünlüklərimiz:


  • Agile prinsiplərinə əsaslanan dinamik və çevik iş mühiti;
  • Top səviyyəli stakeholderlərlə birbaşa əməkdaşlıq imkanı;
  • Özəl tibbi sığorta paketi;
  • Peşəkar və şəxsi inkişaf üçün nəzərdə tutulmuş təlim və inkişaf proqramları;
  • Performansa əsaslanan, cəlbedici KPI əsaslı bonus sistemi.

Tələblər

  • İT, biznes, marketinq və ya əlaqəli sahə üzrə ali təhsil və ya rəqəmsal məhsullar / bankçılıq sahəsində müvafiq iş təcrübəsi;
  • Güclü analitik düşüncə tərzi və effektiv problem həll etmə bacarığı;
  • Sürətli və dinamik mühitdə bir neçə prioriteti və layihə son tarixlərini paralel şəkildə idarəetmə bacarığı;
  • Məhsulun tam inkişaf dövrünün (end-to-end product lifecycle) idarə olunması üzrə praktik təcrübə;
  • Jira, Slack, Trello, Confluence və oxşar layihə və komanda idarəetmə alətləri ilə işləmə bacarığı;
  • Proqram təminatının inkişaf proseslərini dərindən anlamaq development komandaları ilə effektiv əməkdaşlıq üçün texniki bilik;
  • Biznes tələblərini dəqiq və ölçülə bilən texniki spesifikasiyalara çevirmək bacarığı, analitik və strukturlaşdırılmış yanaşma;
  • Yüksək səviyyədə kommunikasiya, komanda işi və liderlik bacarıqları, funksiyalararası komandalarla işləmə təcrübəsi;
  • Azərbaycan və ingilis dillərində sərbəst şifahi və yazılı ünsiyyət bacarığı; rus dili üstünlükdür.

Vakansiya haqqında

Son tarix

January 25, 2026

Paylaşılıb

dekabr 16, 2025

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə