Kontakt Home
Ana səhifə
/
/
/
Keyfiyyətin idarə edilməsi üzrə mütəxəssis

Keyfiyyətin idarə edilməsi üzrə mütəxəssis

  • Kontakt Home
  • Svetlana Məmmədova, Bakı, Azərbaycan
  • Tam ştat

25-09-2024

2K

Təsvir

  • Keyfiyyət standartlara uyğun bütün sənədləşmə prosedurlarının həyata keçirilməsini təmin etmək və həyata keçirilmiş sənədləşmələrinin yoxlanılması (ISO 9001:2015, İSO 10002:2018, İSO 10003:2018);
  • Keyfiyyətli idarəetmə, müştəri məmnuniyyətinin təmin edilməsi ilə bağlı təlimatları, formaları, prosedurları, çeklistlərin hazırlanmasına nəzarət;
  • Keyfiyyət problemləri ilə bağlı müştərilərin və işçi heyətinin şikayətlərini araşdırmaq və həll yolu hazırlamaq;
  • Keyfiyyətli idarəetmə sisteminin qurulması və tətbiqinə dair təqdimatların hazırlanmaq;
  • Biznes proseslərin daxili qayda və prosedurlara uyğun həyata keçirilməsini müəyyən etmək;
  • Keyfiyyət standartları üzrə statistik hesabatların hazırlanması;
  • Müştəri şikayətlərinin minimuma endirilməsi və yarana biləcək risklərin maksimum səviyyədə aradan qaldırılması, müxtəlif təlimlər keçirilməsində iştirak etmək;
  • Aidiyyəti sahələrdə planlaşdırılmış şəkildə risk qiymətləndirilməsinin aparılması, cari risklərin dəyərləndirilməsi və gələcək risklərin proqnozlaşdırılması;
  • Yaranmış risk faktorlarının aradan qaldırılması, düzəldici, önləyici fəaliyyət mexanizmlərinin (DÖF) sistematik tətbiqi.


İş şəraiti:

  • İş günləri: I-V günlər;
  • İş saatı: 09:00-18:00.


Tələblər

  • Ali təhsil;
  • Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
  • Microsoft Office proqramlarında yüksək səviyyədə çalışma bacarığı (Word, Excell, Outlook);
  • Səlis Azərbaycan dili və Rus dili biliyi, İngilis dili biliyi üstünlükdür;
  • Analitik düşüncə və problemlərin idarə edilməsi bacarıqları;
  • Şifahi və yazılı ünsiyyət bacarığı;
  • Vaxtın səmərəli idarəedilməsi bacarığı;
  • Müstəqil və qrup daxilində effektiv işləmə bacarığı;
  • Obyektiv düşünmək bacarığı.
  • Keyfiyyətə nəzarət sertifikatı üstünlükdür.

Vakansiya haqqında

Son tarix

noyabr 4, 2024

Paylaşılıb

sentyabr 25, 2024

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə