ATB Bank
Ana səhifə
/
/
/
Maliyyə Monitorinqi və Komplayens Departamentinin AML şöbəsində aparıcı mütəxəssis/baş mütəxəssis

Maliyyə Monitorinqi və Komplayens Departamentinin AML şöbəsində aparıcı mütəxəssis/baş mütəxəssis

  • ATB Bank
  • 192, küç. 85 Cəlil Məmmədquluzadə küçəsi, Bakı, Azerbaijan
  • Tam ştat

28-10-2024

1.3K

Bağlanılıb

Təsvir

  • Müştərilərlə aparılan əməliyyatlar zamanı cinayət və qeyri-qanuni yolla əldə edilmiş gəlirlərin leqallaşdırılmasının vaxtında qarşısının almaq və aparılan bank əməliyyatları üzərində səmərəli nəzarət mexanizmini həyata keçirmək;
  • ƏL/TMM üzrə yeni qəbul edilmiş milli qanunvericilik və beynəlxalq standartlar haqqında bankın əməkdaşlarına məlumatlar hazırlamaq; 
  • Xidməti məlumatların təhlükəsiz saxlanılmasını və yalnız ƏL/TMM üzrə qanunla müəyyən edilmiş məqsədlər üçün istifadəsini təmin etmək;
  • Həyata keçirilmiş əməliyyatlarda ƏL/TMM risklərinin müəyyən edilməsi məqsədilə bankın müvafiq struktur bölmələrinin əməkdaşları ilə əlaqə yaratmaq;
  •  Bankın struktur bölmələrindən ƏL/TMM ilə bağlı daxil olan sorğuların cavablanırılması
  • Müxbir və digər banklardan gələn anketlərin doldurulması və cavablandırılması prosesini həyata keçirmək;
  • Şöbənin əsasnaməsində nəzərdə tutulmuş digər funksiyaları həyata keçmək və şöbə rəisinin cari tapşırıqlarını yerinə yetmək.
  • Xarici dövlətlərin firma və təşkilatları, embarqo və sanksiyalar tətbiq olunmuş hüquqi və fiziki şəxslər, həmçinin siyasi xadimlərinin pul vəsaitləri və ya digər əmlakla əməliyyatlarına nəzarət edilməsi (WORLD-CHECK və.s məlumat-axtariş informasiya sistemlərinin xidmətlərindən istifadə etməklə)
  • Bankın xidmət və məhsullarından qanunla qadağan olunmuş məqsədlərlə istifadəsinə yol verilməməsi üçün müştəri və benefisiarların eyniləşdirilməsinin və verifikasiyasının aparılmasına nəzarət etmək;
  • Şell tipli banklarla müxbir əlaqələr yaratmağa və belə banklar tərəfindən bankın hesablarından istifadə etməyə yol verməmək məqsədilə respondent bankların eyniləşdirilmə və verifikasiyasını təmin edir;
  • Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən dini təşkilatların, qeyri-hökumət təşkilatlarının, o cümlədən xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinin bank hesabları üzrə əməliyyatlar və həmin təşkilatlara xarici mənbələrdən verilən maliyyə vəsaitlərinin hərəkətinə nəzarət etmək.


Tələblər

  • Ali təhsil (iqtisadi);
  • Bank işi sahəsində 1 illik iş stajı;
  • Azərbaycan və İngilis dili- mükəmməl, Rus dili-orta səviyyədə bilmək;
  • Kompüter proqramlarında işləmək qabiliyyəti (Microsoft Office, FlexCube, Business İntelligence, Caspel və s.);
  • Azərbaycan Mərkəzi Bankının ÇPY və TQM sahəsinə aid olan təlimat və sair normativ-hüquqi sənədlərə müvafiq işləmək; 
  • Analitik təhlil etmə qabiliyyəti;
  • Şübhə doğuran əməliyyatlara diqqət etmək bacarığı;
  • İnsanlarla işgüzar ünsiyyət qurmaq bacarığı;
  • Məsuliyyətli və peşəkar olmaq.

Vakansiya haqqında

Son tarix

dekabr 7, 2024

Paylaşılıb

oktyabr 28, 2024

Vakansiya növü

Tam ştat

Təcrübə

1-2 il

Vəzifə dərəcəsi

Mütəxəssis

Təhsil

Bakalavr

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə