27-05-2025
257
Təsdiqlənmiş menyunun davamlı şəkildə icrasını təmin etmək, hər bir məmulatın hazırlanması və təqdim edilməsi üçün əməkdaşlara zəruri bilikləri öyrətməklə, iaşə obyekti üçün kulinariya standartlarını müəyyən etməkdə köməklik göstərmək.
Müştərilərin mətbəx gözləntilərini qarşılamaq və üstələmək üçün xüsusi menyular yaratmaq, alternativ təkliflər vermək, müştərilərin xüsusi tələblərini qarşılamaq və onlarla qarşılıqlı fəaliyyət göstərmək.
Xüsusi olaraq işlərin pik vaxtlarında iaşə mətbəxinin bütün əməliyyatlarına nəzarət olunmasına kömək etmək, digər mətbəx işçiləri ilə birgə işləmək və zəruri sayıldıqda, müvafiq tənzimləmələri həyata keçirmək.
Şirkətin bütün minimal brend standartlarının həyata keçirilməsini, eləcə də müvafiq sayılan yerlərdə zəruri sayılmayan brend standartlarının həyata keçirilməsini təmin etmək.
İstehlak auditinin nəticələrinə cavab vermək və müvafiq dəyişikliklərin həyata keçirilməsini təmin etmək.
İdarəetmə və rəhbər heyətin digər üzvləri ilə dəstəkləyici və çevik formada sıx əməkdaşlıq etmək, əsas diqqəti otelin uğuruna və otelin qonaqlarının məmnunluğuna yönəltmək.
Bütün işçilərin bazarda mövsümi və yeni məhsullar haqqında ən yeni məlumatlara malik olduqlarını təmin etmək.
Masaya verilən yemək və qida məhsullarının dadına baxmaq və nəzarət etmək, müvafiq hallarda rəy bildirmək və düzəlişlər etmək.
Ən yaxşı qiymətə ən yaxşı məhsulun təchiz edilməsi üçün baş aşpazla birlikdə işləməklə, iaşə mətbəxinə daxil olan məhsulların keyfiyyətini yoxlamaq.
İaşə obyektinin fəaliyyəti, bazar və arzu edilən biznes hədəfləri üçün müvafiq olan menyuların işlənib hazırlanmasına kömək etmək.
İaşə obyekti mətbəxinin daxili əməliyyatlara dair təlimatlarının tərtib edilməsi və yenilənməsinə kömək etmək.
Baş aşpaz iş başında olmadıqda, plana uyğun olaraq, həftəlik Restoran xidməti və şöbə rəhbərlərinin iclaslarında iştirak etmək.
İşçilər arasında digər kommunikasiya kanalları, məs. elan lövhələri, qeydiyyat jurnalları, təhvil-təslim hesabatları və s. aparılması və istifadə edilməsində kömək etmək.
Qonaqlarla ünsiyyətdə olan bütün mətbəx işçilərinin hər zaman müştərilərə eksklüziv xidmətlər təqdim etmələrini təmin etmək.
Mətbəx işçilərinin müvafiq hallarda daxili müştərilərə də mükəmməl xidmət göstərmələrini təmin etmək.
Bütün qonaqlar və daxili müştərilərin şikayət və sorğularına nəzakətlə və effektiv şəkildə cavab vermək, problemlərin qənaətbəxş şəkildə həll edilməsinə əmin olmaq üçün onların başa çatdırmaq.
Standart reseptlərin işlənib hazırlanması, yazılması, sınaqdan keçirilməsi, yenilənməsi və yerinə yetirilməsinə kömək etmək.
Ali və ya peşə ixtisas təhsili;
Müvafiq vəzifə üzrə restoran və mehmanxana sahəsində iş təcrübəsi;
Mətbəx sahəsində müvafiq sertifikatların olması;
Effektiv ünsiyyət qurmaq bacarığı;
Son tarix
July 6, 2025
Paylaşılıb
may 27, 2025
Vakansiya növü
Tam ştat