Azərbaycan Dəmir Yolları

Anbar rəisi (H.Z.Tağıyev)

18-03-2025

120

Bağlanılıb

Təsvir

  • Yüklərin anbara qəbulu və buraxılması prosesinə nəzarət etmək;
  • Anbar işçilərinə rəhbərlik etmək, onların fəaliyyətlərini istiqamətləndirmək və əlaqələndirmək;
  • Müvafiq texnologiyaya əsasən, təhlükəsizlik texnikasının tələblərinə uyğun anbarın bütün sahələrində yükləmə-boşaltma işlərinin vaxtında aparılmasında operativ idarəetmə nəzarətini həyata keçirmək;
  • Xüsusi texnika və tərtibatların icazəsiz işlədilməsinin, zədələnməsinin qarşısının alınması üçün operativ tədbirlər görmək;
  • Öz ixtisasını və nəzəri biliklərini artırmaq, yeni texnikaya yiyələnmək, qabaqcıl iş metodlarından istifadə etmək;
  • İş vaxtından istifadənin yaxşılaşdırılması, əməyin fənd və metodlarından istifadə, ağır, fiziki əməyin aradan qaldırılması, iş şəraitinin yaxşılaşdırılması təşkilinin bütün istiqamətlərindən istifadə edilməsi işlərini təşkil etmək;
  • Əmək məhsuldarlığı ehtiyatlarının aşkar edilməsi işlərinə rəhbərlik etmək;
  • Anbar sahəsində olan xüsusi texnika və tərtibatların düzgün istismar edilməsinə nəzarət etmək;
  • İş prosesinin bütün sahələri üzrə tələb olunan məsələləri həll etmək üçün anbar işçilərinə göstərişlər, əmrlər verir və onların şərtsiz icra olunmasını tələb etmək;
  • Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, sanitariya və yanğından mühafizənin norma və qaydalarına riayət etmək;
  • Düzgün və sədaqətli olmaq, işdə özünü ləyaqətli aparmaq, başqalarını intizam qaydalarını pozmaqdan çəkindirmək;
  • Gündəlik iş rejimi.

Tələblər

  • Təhsil səviyyəsi: ümumi;
  • İş təcrübəsi: müvafiq sahə üzrə ən az 3 il;
  • Anbar idarəçiliyi və əməliyyatları haqqında nəzəri və praktiki biliklər;
  • Əmək mühafizəsi və təhlükəsizlik qaydalarını bilmək;
  • Yanğından mühafizə, sanitariya və təhlükəsizlik texnikası tələblərinə uyğun işləmək;
  • Əlaqələndirmə və komandada işləmə bacarığı:
  • Nəticəyönümlülük;
  • Tapşırıq vermə bacarığı;
  • Kompüter bilikləri: Microsoft Office (yaxşı səviyyədə).

Vakansiya haqqında

Son tarix

March 31, 2025

Paylaşılıb

mart 18, 2025

Vakansiya növü

Tam ştat

Kateqoriya

Logistika və nəqliyyat