Azərbaycan Dəmir Yolları

Aparıcı elektrik mühəndisi

Dünən

133

Təsvir

  • Planlanan tikinti layihə tapşırıqlarının elektrik hissəsinin layihələndirilməsi üçün sifarişçi tərəfindən verilən texniki şərtlərin hazırlanmasında müvafiq rəy və təkliflər vermək;
  • Layihə tapşırğı əsasında yeni dəmiryolu tikinti obyektlərində qurulan elektrik təchizat sistemi üzrə tikinti-quraşdırma işlərinin layihənin kontekstinə və iş icraçısı tərəfindən təqdim olunmuş işlərin icra planına uyğun yerinə yetirilməsinə yerində nəzarət etmək;
  • İş icraçısı tərəfindən layihə tapşırığı əsasında icra olunan elektrik-quraşdırma işlərinin qüvvədə olan normativ hüquqi sənədlərin, həmçinin SƏTƏM-in tələblərinə və “Elektrik qurğularının quraşdırılması Qaydası”na uyğun yerinə yetirilməsinə nəzarəti təmin etmək;
  • Tikinti-quraşdırma işləri zamanı layihədən kənarlaşmaya yol verilməməsinə, həmçinin iş icraçısı tərəfindən işlərin planlanan vaxta uyğun yerinə yetirilməsinə nəzarət edilməsi, yerinə yetirilən işlərin keyfiyyətinə və sürətinə təsir edən gözlənilməz hallar barədə rəhbərliyi məlumatlandırmaq;
  • Layihə tapşırığında göstərilən, lakin tikinti obyektində tikinti-quraşdırma işləri zamanı praktiki icrası mümkün olmayan və ya əlavə risk yaradan halların rəsmi razılaşdırılmasına və layihə tapşırığına əlavə olunmasına nəzarət etmək;
  • Layihə tapşırığında vizual görünüş ilə bağlı ətraflı məlumat göstərilməyən elementlərin rənginin, görünüşünün və s. rəhbərlik ilə razılaşdırılması və alınmış qərara uyğun olaraq yerində icrasına nəzarət etmək;
  • Layihə tapşırığı əsasında icra olunan elektrik tikinti-quraşdırma işlərini dövri olaraq izləmək, yaranan uyğunsuzluqlar, risklər və prosesə təsir edə biləcək hallar barədə bölmə müdirini məlumatlandırmaq və məsələlərin həlli istiqamətində müvafiq rəy və təkliflər vermək;
  • Tikinti layihələrində quraşdırma işləri zamanı yaranmış mübahisəli hallar üzrə rəhbərlik tərəfindən bildirilmiş rəy və təkliflərin işləri icra edən şirkətlərin məsul şəxslərinə bildirilməsi və iş prosesində yerinə yetirilməsinə nəzarəti təmin etmək;
  • Layihə rahbərləri və işi icra edən şirkətlərlə təşkil olunan interfeys iclaslarında iştirak etmək və müvafiq rəy və təkliflər vermək;
  • Görülmüş işlərə dair həftəlik, aylıq və rüblük Layihə İdarəetmə Hesabatlarının hazırlanması üçün müvafiq köməklik göstərmək.

Tələblər

  • Müvafiq sahə üzrə ali təhsil;
  • Sahə üzrə minimum 2 il iş təcrübəsi;
  • Dil bilikləri: İngilis dili, Rus dili;
  • Proqram bilikləri: MS Office, AutoCAD, MS Visio
  • Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydaları barədə məlumatlılıq;
  • Konstruksiyalara qoyulan texniki tələblər, layihələşdirmənin avtomatik vasitələri barədə məlumatlılıq;
  • Konstruksiyanın qurulmasında texniki hesabat metodları, konstruksiyada istifadə olunan materiallar və onların xüsusiyyətləri barədə məlumatlılıq.

Vakansiya haqqında

Son tarix

August 30, 2025

Paylaşılıb

avqust 19, 2025

Vakansiya növü

Tam ştat

Təcrübə

1-2 il

Vəzifə dərəcəsi

Mütəxəssis

Təhsil

Bakalavr

Kateqoriya here

Tikinti və Daşınmaz əmlak