Layihənin mühəndislik aspektlərinin gündəlik həyata keçirilməsinə nəzarət etmək;
Layihə komponentlərinin layihələndirilməsi və quraşdırılması, habelə materialların təchizatı və s. ilə əlaqədar işlərin tənzimlənməsi üçün məsləhətçilər, podratçılar və təchizatçılar ilə işləri əlaqələndirmək;
Podratçıların təqdim etdiyi texniki sənədlərin, habelə texniki dəstək üzrə məsləhətçi şirkətlər və digər məsləhətçilər tərəfindən təqdim edilən hesabatlar və işlərin nəticələrini nəzərdən keçirmək;
Layihə sənədlərinin təsdiq olunması və təlimatların (Texniki İstismar Qaydaları və Texniki Qulluq Qaydaları) ADY-nin texniki terminlərinə uyğunlaşdırılması işlərinin həyata keçirmək;
Layihə sənədlərinin keyfiyyətini və Podratçıların gördüyü işlərin layihə sənədlərinə uyğun icrasını təmin etmək məqsədilə Tikinti işlərinə Nəzarət üzrə Məsləhətçiyə müntəzəm olaraq nəzarət etmək;
Əraziyə nəzarət üzrə işçi heyəti ilə gündəlik əlaqə saxlamaq;
Həvalə olunan işlərlə bağlı Tikintidə texniki nəzarət şöbəsinin müdirinə hesabatları hazırlayıb vermək;
Texniki şərtlərin və texniki təkliflərin qiymətləndirilməsində iştirak etmək;
Bölmənin fəaliyyətini təşkil etmək və ona rəhbərlik etmək, bölmənin əməkdaşları barəsində mükafatlandırma və intizam tənbehi tədbirləri görülməsi üçün departamentin rəhbərliyinə təqdimatlar vermək;
Layihənin həyata keçirildiyi ərazilərə baxış keçirmək və işlərin gedişatında monitorinq aparmaq;
Podrat və cəlb olunmuş subpodrat təşkilatlar tərəfindən ay ərzində yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin qəbul aktlarını yerində yoxlamaq, qəbul etmək, həcmləri təyin etmək və Forma 2 sənədlərini yerində yoxlamaq.
Tələblər
Müvafiq sahə üzrə ali təhsil;
Sahə üzrə minimum 3 il iş təcrübəsi;
Proqram bilikləri: MS Office, MS Visio, MS Project;
Dil bilikləri: İngilis dili, Rus dili;
İstehsalatın konstruktor hazırlığı üzrə qərar sərəncam və əmrləri, metodiki normativ və başqa rəhbər materiallar barədə məlumatlılıq;
Konstruksiyalara qoyulan texniki tələblər barədə məlumatlılıq;
Konstruksiyanın qurulmasında texniki hesabat metodları, konstruksiyada istifadə olunan materiallar və onların xüsusiyyətləri barədə məlumatlılıq.