Azərbaycan Dəmir Yolları
Ana səhifə
/
/
/
Avtonəqliyyat şöbəsinin aparıcı mütəxəssisi

Avtonəqliyyat şöbəsinin aparıcı mütəxəssisi

Bu gün

12

Təsvir

  • Nəqliyyat vasitələrinin ümumi baxım və təmir işləri ilə əlaqədar məsələləri həyata keçirmək, nasazlıqların araşdırılması, lazımi tədbirlərin görülməsi üçün təyin olunmuş təmir emalatxanasına (servis) yönəltmək;
  • Davamlı olaraq departamentin balansında olan olan nəqliyyat vasitələrinin marşrut üzrə hərəkətinə GPS vasitəsi ilə nəzarət etmək;
  • İstifadədə olan avtonəqliyyat vasitələrinin təmiri üzrə işlərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsini bilavasitə təqib etmək;
  • Avtonəqliyyat vasitələrinin təmir və profilaktik işlərinin aparılması ilə bilavasitə məşğul olmaq;
  • Podratçı şirkətlərlə (servislərə) müqavilə şərtlərinin yerinə yetirilməsini təqib etmək;
  • Avtomobil sürücüləri tərəfindən əməyin mühafizəsi üzrə standartların, normaların və qaydaların tələblərinə əməl edilməsi və riayət olunmasına nəzarət etmək;
  • Departamentə məxsus olan nəqliyyat vasitələrini siyahılaşdırmaq, həmin nəqliyyat vasitələrinin sənədlərinin (texniki pasport, sürücülük vəsiqəsi, icbari sığorta, yol vərəqəsi və yaxud etibarnamə) düzgünlüyünü təqib etmək;
  • Daim ADY-nin imic və mənafeyini müdafiə edib qorumaq;
  • Fəaliyyət istiqamətləri üzrə rəhbərlik tərəfindən verilən digər tapşırıqları icra etmək.

Tələblər

  • Təhsil səviyyəsi: Müvafiq istiqamət üzrə bakalavr;
  • İş təcrübəsi: Müvafiq sahə üzrə ən az 2 il;
  • Yol hərəkəti qanunları barədə biliklər;
  • Nəqliyyat vasitələrinin texniki göstəriciləri-GPS izləmə sistemləri üzrə biliklər;
  • Elektron informasiya sistemindən istifadə qaydalarını bilməli.

Vakansiya haqqında

Son tarix

September 26, 2026

Paylaşılıb

sentyabr 17, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Logistika və nəqliyyat