Azərbaycan Respublikasının - Ətraf mühitin mühafizəsi sahəsində qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Cəmiyyətin Nizamnaməsini, Cəmiyyətin İdarə Heyətinin qərarlarını Cəmiyyət sədrinin əmr, qərar, göstəriş və sərəncamlarını rəhbər tutaraq işini icra etmək;
Departamentin struktur qurumlarında ətraf mühitin mühafizəsi sahəsi üzrə daimi nəzarəti təmin etmək;
Ətraf mühitin mühafizəsi sahəsində rəsmi statistik hesabatların struktur qurumlar üzrə işlənib müvafiq qayda üzrə təsdiq edilərək yönləndirilməsini təmin etmək;
Departamentin ətraf mühitin mühafizəsi üzrə illik və perspektiv planların, tədbirlərin işlənməsinin təmin etmək;
Departamentin ərazisində yerləşən yaşıllıqların müvafiq qaydada inventarizasiyası və nəticələrinin ümumiləşdirilərək siyahıya alınmasını təmin etmək;
Şöbə üzrə vəzifə funksiyalarının yerinə yetirilməsi ilə bağlı departament müdirinin, şöbə müdirinin göstərişlərini və tapşırıqlarını yerinə yetirmək;
Departamentin qurumlarının bölmələrində ətraf mühitin mühafizəsi vəziyyətini yoxlamaq, qanunvericilik və digər normativ aktlar üzrə müəyyən edilmiş nöqsanları aradan qaldırmaq haqqında vəzifəli şəxslərə və digər məsul işçilərə icrası məcburi olan göstərişlər vermək;
Departamentin struktur vahidləri üzrə ekoloji normativ sənədləri hazırlamaq;
Departamentin fəaliyyətinin ətraf mühitə edilən təsir göstəriciləri əsasında "Ətraf mühitin mühafizəsi üzrə dövlət fondu"na ekoloji ödənişlərin hesablanması və həyata keçirilməsini təmin etmək;
Təsdiq edilmiş prosedur və formaların icrasına səlahiyyətləri daxilində nəzarət etmək.
Tələblər
Təhsil səviyyəsi: Ali (Müvafiq sahə üzrə)
İş təcrübəsi: Müvafiq sahə üzrə ən az 1 il;
Azərbaycan Respublikasının Ətraf mühitin mühafizəsi sahəsində Qanunvericiliyi
Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair biliklər
Sənədləşdirmə və hesabatların tərtib edilməsinə dair biliklər
Ekoloji normativ sənədlərin hazırlanmasına dair biliklər
Ətraf mühitin mühafizasi sahəsində statistik hesabatların hazırlanmasına dair biliklər