Azərbaycan Dəmir Yolları
Ana səhifə
/
/
/
Elektrik avadanlıqlarının təmiri üzrə elektrik montyoru (Biləcəri qəsəbəsi üzrə)

Elektrik avadanlıqlarının təmiri üzrə elektrik montyoru (Biləcəri qəsəbəsi üzrə)

Bu gün

129

Təsvir

  • Gərginliyi 10 kv-a qədər olan elektrik maşın və aparatları sökmək, yığmaq, qurmaq və mərkəzləşdirmək;
  • Elektrik aparatları və elektrik cihazları altında qrup lövhələrini və metalkonstruksiyaları hazırlamaq və quraşdırmaq;
  • Lüminessensiyalı işıqlandırmanın mürəkkəb olmayan sxemlərini montaj və təmir etmək;
  • Gərginliyi 10 kV-a qədər olan kabelləri açmaq, hazırlamaq, fazalamaq və çəkmək;
  • Diyircəkli yastıqları dəyişdirmək;
  • Partlayış təhlükəsinə qarşı armaturu təmir etmək, sazlamaq və qurmaq;
  • Güc və işıqlandırıcı elektrik xətlərini çertyoj üzrə ölçmək;
  • Elektrik xətlərinin çəkilməsi üçün dayaqları möhkəmləndirmək;
  • İzolə sinfin 10 kv-a qədər olan yağ və ölçü, soba və qaynaq transformatorlarını tam təmir etmək;
  • Elektrik cihazları, elektromaqnit və elektrodinamik sistemlərin sökülməsi, təmiri, yağlanması və təmizlənməsi işlərini aparmaq;
  • Daha yüksək ixtisaslı elektrik quraşdırıcısının rəhbərliyi altında mürəkkəb çilingər-yağlama işlərini yerinə yetirmək;
  • Gərginliyi 2500 V-dan yuxarı olan transformator sarğılarını, daxil olan və çıxan kabelləri yoxlamaq və müqavimətini ölçmək;
  • Hündürlüyü 9 m-dən yuxarı olan dayaqları dəyişdirmək və qurmaq, həmçinin də onları izolyatorlarla təchiz etmək;
  • Açıq və qapalı məkanda iş;
  • Gündəlik iş rejimi.

Tələblər

  • Təhsil: müvafiq sahə üzrə peşə təhsili
  • Elektrotexnikanın əsasları
  • Müxtəlif elektrik materiallarının növləri, onların xüsusiyyəti və təyinatı
  • İşəsalıcı, tənzimləyici və nəzarətedicilərin quruluşu və təyinatına dair biliklər
  • Meqometrlə izolyasiya sınağının qayda və normalarına dair biliklər
  • Calaq və qaynaq edilməsi üsulları
  • Elektrik maşını, aparat və cihazların qəbulu, təmiri və quraşdırılması qayda və üsulları


Vakansiya haqqında

Son tarix

dekabr 11, 2024

Paylaşılıb

noyabr 27, 2024

Vakansiya növü

Tam ştat

Kateqoriya

Logistika və nəqliyyat