İnformasiya təhlükəsizliyi insidentlərinin aşkarlanması, araşdırılması və qarşısının alınması;
Təhlükəsizlik loglarının və şəbəkə trafikinin monitorinqi və təhlili;
İnformasiya təhlükəsizliyi siyasət və prosedurlarının hazırlanması və tətbiqi;
İT sistemlərində zəifliklərin müəyyən edilməsi və təhlükəsizlik risklərinin azaldılması üçün proseslərin icrası;
Firewall, WAF, Email Security, OT Security, EDR/XDR və digər təhlükəsizlik sistemlərinin idarə edilməsi;
SOC/NOC monitorinq alətlərinin tətbiqi və fəaliyyətinə nəzarət;
Serverlərin, şəbəkə infrastrukturunun, verilənlər bazalarının və veb tətbiqlərin təhlükəsizliyinin təmin edilməsi;
Təhlükəsizlik insidentlərinə reaksiya planlarının hazırlanması və icrası;
ISO 27001 və digər beynəlxalq informasiya təhlükəsizliyi standartlarının tələblərinə uyğunluğun təmin edilməsinə dəstək;
İnformasiya təhlükəsizliyi üzrə maarifləndirmə tədbirlərinin keçirilməsi;
Təhlükəsizlik proseslərinin avtomatlaşdırılması və texniki həllərin təkmilləşdirilməsi.
Tələblər
Təhsil səviyyəsi: Müvafiq istiqamət üzrə ali;
Təcrübə: Müvafiq istiqamət üzrə 3 il;
Kompüter bilikləri: MS Office Suite, ESD.
SIEM, WAF, Email Security, EDR və PAM həlləri ilə praktiki təcrübə;
Təhlükəsizlik mühəndisliyi, memarlıq və əməliyyatlarda birbaşa iştirak da daxil olmaqla kibertəhlükəsizlik rollarında peşəkar təcrübə;
Müəssisə miqyasında kibertəhlükəsizlik platformalarının tətbiqi, inteqrasiyası və ya idarə olunması layihələrində iştirak təcrübəsi üstünlük hesab olunur.