Azərbaycan Dəmir Yolları
Ana səhifə
/
/
/
İnsan Resursları üzrə mütəxəssis (Müvəqqəti)

İnsan Resursları üzrə mütəxəssis (Müvəqqəti)

Bu gün

261

Təsvir

  • Departament üzrə tabelləri aylıq hazırlamaq, aidiyyəti üzrə təqdim etmək;
  • Departamentdə çalışan işçilərin əmək haqqı, mükafat, məzuniyyət haqları, xəstəlik vərəqəsi üzrə ödəmələrin, mükafatların və son haqq hesab ödənişələrin hesablanması cədvəllərini işləmək, aidiyyəti üzrə təqdim etmək;
  • Elektron informasiya sistemində sosial müavinət və qismən ödənişli məzuniyyət pullarını sistem üzərindən hesablayaraq həyata keçirmək;
  • Departamentin rüblük olaraq vergi bəyannamələrini hazırlanmaq, hazırlanmış bəyannamələri aidiyyəti üzrə təqdim etmək; 
  • Əmək qanunvericiliyinə uyğun kadr uçotu işlərinin aparılması, əməkdaşların şəxsi işlərinin və elektron məlumat bazasının idarə olunması;
  • Əmək haqqı, sosial müavinət, həmçinin kollektiv sazişdən irəli gələn digər ödənişlərin hesablanması;
  • Elektron informasiya sistemlərində əmək münasibətlərinin tənzimlənməsi;
  • Müxtəlif hesabatların, o cümlədən rüblük vahid vergi bəyannamələrinin hazırlanması;
  • 5 günlük iş rejimi.

Tələblər

  • Təhsil: Bakalavr
  • İş təcrübəsi: Müvafiq sahə üzrə ən azı 1 il;
  • İş yeri: Biləcəri qəsəbəsi;
  • Azərbaycan Respublikası Əmək qanunvericiliyi;
  • Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair biliklər;
  • Əmək haqqının hesablanması üzrə praktiki biliklər;
  • İnsan resurslarına aid normativ və metodik materiallarla tanışlıq, kadr işinin təşkili və sənədləşdirilməsi;
  • Elektron informasiya sistemindən istifadə qaydaları;
  • Analitik düşüncə və hesabatların təhlili;
  • Effektiv kommunikasiya və əməkdaşlıq bacarıqları;
  • Kompüter biliyi: MS Office;
  • 1C proqramında işləmə bacarığı üstünlükdür;
  • Dil bilikləri: Azərbaycan dilində mükəmməl yazı və danışıq; İngilis və ya Rus dili bilikləri üstünlükdür.

Vakansiya haqqında

Son tarix

October 11, 2025

Paylaşılıb

oktyabr 3, 2025

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə