Azərbaycan Dəmir Yolları
Ana səhifə
/
/
/
İnsan resursları üzrə mütəxəssis (Sərnişin daşımaları departamenti)

İnsan resursları üzrə mütəxəssis (Sərnişin daşımaları departamenti)

13-12-2024

172

Təsvir

  • İşçilərin əmək münasibətləri ilə bağlı müraciətlərinə aidiyyəti üzrə baxılmasını və onların təhlil edilməsini həyata keçirmək, təhlillər əsasında işçilərin əmək fəaliyyətinə mənfi təsir edən amillərin aradan qaldırılması sahəsində zəruri tədbirlər görmək;
  • Departamentin işçilərinin əmək intizamına, o cümlədən daxili intizam qaydalarına əməl etmələrinə nəzarət etmək, işçilər barəsində intizam tənbehi tədbirlərinin tətbiq edilməsi ilə bağlı aidiyyəti üzrə arayışlar təqdim etmək, müvafiq əmr layihələrini hazırlamaq;
  • Şöbədaxili hesabatları hazırlamaq, aidiyyəti üzrə təqdim etmək;
  • İnsan resurslarının idarə edilməsi proseslərinin avtomatlaşdırılması, bununla bağlı zəruri texniki platformanın hazırlanmasını təşkil etmək ilə bağlı təkliflər vermək;
  • Fəaliyyət istiqamətləri üzrə ADY-nin sədrinin tapşırığı ilə qərar, əmr və göstərişlərin layihələrini hazırlamaq və ya hazırlanmasında iştirak etmək, həmin sənədlərin layihələrinə dair rəy və təkliflər vermək;
  • Daxili sənədlərin layihəsini hazırlamaq, aidiyyəti üzrə rəhbərliyə təqdim etmək, onların tətbiqinə nəzarət etmək və zərurət üzrə təkmilləşdirilməsinə dair təkliflər vermək;
  • Fəaliyyət istiqamətləri üzrə məqsədli proqramların və konsepsiyaların layihələrini ADY-nin aidiyyəti struktur bölmələri ilə birlikdə hazırlamaq və həyata keçirilməsində iştirak etmək;
  • Fəaliyyət istiqamətləri üzrə vətəndaşlardan, dövlət orqanlarından, idarə, müəssisə və təşkilatlardan daxil olan müraciətlərə və sorğulara qanunvericiliyə uyğun olaraq baxılmasını təmin etmək;
  • Səlahiyyətinə aid olan məsələlərlə əlaqədar ADY-nin aparatının struktur bölmələrinə və ADY-nin strukturuna daxil olan qurumlarına izahatlar və tövsiyələr vermək;
  • Departamentin fəaliyyəti ilə bağlı mövcud və yaranması ehtimal olunan riskləri müəyyənləşdirərək təsdiq edilmiş metodologiyaya əsasən qiymətləndirmək və həmin risklər barədə ADY-nin aidiyyəti struktur bölməsini dərhal məlumatlandırmaq;
  • Fəaliyyət istiqamətləri üzrə kargüzarlıq işinin təşkilini təmin etmək;
  • Fəaliyyət istiqamətləri üzrə və ADY-nin sədrinin tapşırıqları əsasında digər vəzifələri yerinə yetirmək;
  • Aylıq olaraq görülmüş işlər barədə birbaşa və funksional rəhbərinə hesabat vermək.

Tələblər

  • Təhsil səviyyəsi: Ali (İqtisadiyyat, İnsan resurslarının idarə edilməsi üzrə təhsil üstünlükdür);
  • Tələb olunan sahə üzrə minimum əmək stajı - 2 il;
  • Xarici dil: İngilis dili və Rus dili - üstünlükdür;
  • MS Office - yaxşı;
  • Azərbaycan Respublikasının Əmək Qanunvericiliyi üzrə biliklər;
  • İnsan resurslarının idarə edilməsi üzrə nəzəri biliklər;
  • Diqqətlilik;
  • Təşəbbüskarlıq;
  • Nəticəyönümlülük.

Vakansiya haqqında

Son tarix

dekabr 23, 2024

Paylaşılıb

dekabr 13, 2024

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə