Azərbaycan Dəmir Yolları
Ana səhifə
/
/
/
İş icraçısı (Təmir bərpa tikinti xidməti/Biləcəri qəsəbəsi üzrə)

İş icraçısı (Təmir bərpa tikinti xidməti/Biləcəri qəsəbəsi üzrə)

28-11-2024

379

Təsvir

  • Sahənin istehsal təsərrüfat fəaliyyətinə rəhbərlik etmək;
  • Müəyyən edilmiş vaxt ərzində obyektlərin verilməsi planını və tikinti quraşdırma işlərinin kəmiyyət və keyfiyyət göstəricilərinə əsasən yerinə yetirilməsini, layihə sənədlərinə, tikinti norma və qaydalarına, texniki şərtlərə və başqa normativ sənədlərə əməl olunmasını təmin etmək;
  • İşin mexanikiləşdirilməsi səviyyəsinin yüksəldilməsini, yeni texnikanın tətbiqini, əməyin təşkilinin təkmilləşdirilməsini, tikinti quraşdırma işlərinin maya dəyərinin aşağı salınmasını, materialların qənaətlə işlədilməsini həyata keçirtmək;
  • Əməyin qabaqcıl üsul və metodlarının yayılması üzrə iş aparmaq;
  • Görülmüş işlərin uçotunu aparmaq, texniki sənədləşməni tərtib etmək;
  • Sifarişçilərin tamamlanmış tikinti obyektləri üzrə komplekslərin və ayrı-ayrı hissələrin təhvil verilməsində iştirak etmək;
  • Qorunan (mühafizə olunan) sahələrdə işlərin görülməsinə verilən icazəni rəsmiləşdirmək;
  • Ustalar üçün tikinti quraşdırma işlərinin həcmi üzrə istehsalat tapşırıqlarını müəyyən etmək, onların yerinə yetirilməsinə nəzarət etmək;
  • Təhlükəsiz metodlarla işləmək üçün bilavasitə iş yerlərində fəhlələrə təlimat vermək;
  • Texnoloji avadanlıqlardan (nərdivanlar, körpülər, müdafiə ləvazimatı və s. qurğular) enerji qurğularından, nəqliyyat vasitələri və işçiləri qoruma vasitələrindən istifadəni təmin etmək;
  • Ağırlığın qaldırılması normalarına, iş yerlərində keçid və giriş yollarında səliqə və qaydaya, kranaltı yolların düzgün saxlanılması və istismar olunmasına, iş yerlərinin təhlükəsizlik işarələri ilə təmin olunmasına riayət etməyə nəzarət etmək;
  • Obyektdə anbar təsərrüfatı və maddi sərvətlərin qorunmasını təşkil etmək;
  • Təhlükəsizlik texnikasının vəziyyətini yoxlamaq, aşkar edilmiş qüsurların aradan qaldırılmasının və istehsalat sanitariyası qaydalarının pozulmasının qarşısını almaq;
  • İşçilər tərəfindən əmək mühafizəsi təlimatına riayət edilməsi üçün tədbirlər görmək;
  • İşçilərin istehsal və əmək intizamına riayət etmələrini təmin etmək;
  • Gündəlik iş rejimi.

Tələblər

  • Təhsil səviyyəsi: ali (mühəndislik, tikinti mühəndisliyi, və ya digər müvafiq sahə);
  • İş təcrübəsi: müvafiq sahə üzrə ən az 3 il;
  • Tikinti təşkilatlarının istehsal-texnoloji komplektləşdirilməsi sistemi;
  • Əməyin və idarəetmənin əsasları;
  • Tikinti quraşdırma işlərinin aparılması qaydaları;
  • Tikinti istehsalatının təşkili və texnologiyasınının əsasları;
  • Sahə və briqada təsərrüfat hesabi metodları;
  • Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydaları;
  • Qərar vermə bacarığı;
  • Başqalarını motivasiya etmə;
  • İşin idarə edilməsi və ölçülməsi;
  • Dil bilikləri: Rus dili (yaxşı səviyyədə);
  • Kompüter bilikləri: Microsoft Office (yaxşı səviyyədə).


Vakansiya haqqında

Son tarix

dekabr 11, 2024

Paylaşılıb

noyabr 28, 2024

Vakansiya növü

Tam ştat

Kateqoriya

Logistika və nəqliyyat