Azərbaycan Dəmir Yolları
Ana səhifə
/
/
/
İT Test etmə üzrə aparıcı mühəndis

İT Test etmə üzrə aparıcı mühəndis

Dünən

3.9K

Təsvir

Manual və avtomatik testlər etmək;

Proqram təminatının və sistem spesifikasiyalarının nəzərdən keçirilməsini və təhlilini təmin etmək;

Test planlarının və effektiv strategiyaların hazırlanmasını və yaradılmasını təmin etmək;

Sistemin təhlili və test strategiyalarının inkişaf prosesinin tələblərinə uyğunluğunu təmin etmək;

Proqram təminatının vəziyyətini vurğulamaq üçün səhvlərin müəyyən edilməsi və hesabatların yaradılmasını təmin etmək;

Qüsurları düzəltmək üçün debug proqramlarını icra etmək;

Bütün səhv məlumat bazalarının dəqiq məlumatlarla yenilənməsini təmin etmək;

Problemlərin aradan qaldırılması ilə bağlı yardım göstərmək;

QA mühəndisləri və proqram tərtibatçıları ilə əməkdaşlıq etmək;

Yeni sınaq prosesləri və texnologiyalarının tədqiq etmək;

Kodlardakı səhvləri müəyyən etmək və təcrid etmək;

Proqram təminatının inkişafı zamanı keyfiyyəti təmin etmək üçün çarpaz funksional komandalarda işləmək;

Keyfiyyət standartlarını müəyyən etmək;

Test prosedurunun sənədləşdirilməsini, sınaq gedişi və nəticələri tərtib etmək;

Proqram təminatının dizaynı ilə bağlı rəy bildirmək və yardım etmək.

Tələblər

Təhsil səviyyəsi: Ali;

İş təcrübəsi: Müvafiq sahə üzrə ən az 3 il;

Xarici dil: İngilis dili və Rus dili - yaxşı səviyyədə;

Avtomatlaşdırma test skriptlərinin dizaynı və yazılması üzrə biliklər;

Jira, Selenium, Junit, Appium, Postman, JMeter, GitLab, SonarQube, Confluence alətləri üzrə iş bilikləri.

Vakansiya haqqında

Son tarix

noyabr 3, 2024

Paylaşılıb

oktyabr 4, 2024

Vakansiya növü

Tam ştat

Kateqoriya

Elm, Texnologiya və Mühəndislik