Azərbaycan Dəmir Yolları
Ana səhifə
/
/
/
Mühəndis (Texnoloji nəqliyyat xidməti)

Mühəndis (Texnoloji nəqliyyat xidməti)

Bu gün

1

Təsvir

  • Maşın və mexanizimlərin işini izləmək və onların düzgün istismarını təmin etmək;
  • Yol vərəqələri və digər sənədlərin düzgünlüyünə nəzarət etmək, onların vaxtında və düzgün təqdim edilməsini təmin etmək;
  • Nəqliyyat vasitələrinin yanacaq sərfiyyatını və yürüşünü hesablamaq, istismar göstəricilərini təhlil etmək;
  • Sürücü və maşinistlərin iş qrafiklərini hazırlamaq və onların iş-istirahət rejimlərinə nəzarət etmək;
  • İstehsal prosesinə uyğun nəqliyyat tələbatını öyrənmək və nəqliyyat vasitələrinin effektiv bölüşdürülməsini təşkil etmək;
  • Hesabatların hazırlanması və istismar materiallarının istifadəsi ilə bağlı nəzarəti həyata keçirmək.


Tələblər

  • Təhsil səviyyəsi: Ali (Müvafiq sahə üzrə) ;
  • İş təcrübəsi: Müvafiq sahə üzrə iş təcrübəsi üstünlükdür;
  • Texniki sənədlərin oxunması və şərh edilməsi bacarığı;
  • Maşın və mexanizimlərin istismar qaydaları və texniki xarakteristikaları üzrə biliklər;
  • Dəmiryol işarəvermə təlimatları və qatarların hərəkəti üzrə biliklər;
  • Yük daşınması, yükləmə-boşaltma prosesləri və mexanizmlərinin texniki və istismar xüsusiyyətlərini bilmə bacarığı;
  • Əməyin mühafizəsi və təhlükəsizlik texnikası, yanğından mühafizə və yol hərəkətinin normaları üzrə məlumatlılıq.

Vakansiya haqqında

Son tarix

dekabr 2, 2024

Paylaşılıb

noyabr 21, 2024

Vakansiya növü

Tam ştat

Kateqoriya

Logistika və nəqliyyat