A
Ana səhifə
/
/
/
Qatarların qəbulçusu (Ələt liman sahəsi)

Qatarların qəbulçusu (Ələt liman sahəsi)

Bu gün

4

Təsvir

  • Daşınan yüklərin texniki vəziyyətini yoxlamaq, hərəkətin təhlükəsizliyinə risk yaradan kommersiya nasazlıqlarını vaxtında aşkar etmək və aradan qaldırılması üçün tədbirlər görmək məqsədilə vaqonlara kommersiya baxışı keçirmək;
  • Aşkar edilmiş kommersiya nasazlıqları üzrə müvafiq qaydada ümumi aktlar tərtib etmək;
  • Kommersiya nasazlığı səbəbindən qatardan açılması tələb olunan vaqonların nömrələrini operativ şəkildə Texnoloji Mərkəzin operatoruna bildirmək;
  • Baxış zamanı vaqonlarda və yüklərdə aşkar olunan nasazlıqlar barədə stansiya rəisinin yük və kommersiya işləri üzrə müavinini məlumatlandırmaq;
  • Baxışdan keçirilmiş və baxışa təqdim olunmuş qatarlar, eləcə də nasazlıqların aradan qaldırılması tələb olunan vaqonlar barədə növbəni təhvil alan qatar qəbuledicilərinə dəqiq məlumat vermək;
  • Kommersiya baxış qaydalarına, yüklərin daşınması, yerləşdirilməsi və bərkidilməsi üzrə texniki tələblərə, həmçinin təhlükəsizlik texnikası qaydalarına ciddi riayət etmək.

Tələblər

  • Ümumi təhsil;
  • Növbəli iş rejimi;
  • Yük daşıma qaydaları, Qatar və vaqonlara kommersiya baxışının keçirilmə qaydaları, Texniki istismar qaydalarına dair biliklər;
  • Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydaları üzrə məlumatlılıq;
  • Diqqətlilik, şifahi ifadə bacarığı, peşəkar ehtiyatlılıq.


Vakansiya haqqında

Son tarix

April 18, 2026

Paylaşılıb

aprel 14, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Logistika və nəqliyyat