Konteyner daşınmaları üçün müştəri tərəfindən göndərilən sifarişlərin dəqiq və vaxtında daxili proqrama işlənməsini təmin etmək;
Konteyner daşınmaları üzrə cari müştərilərdən daxil olan müraciətlərin və sorğuların cavablandırılmasını təmin etmək, məlumatları operativ və tam təqdim etmək;
Müştəriləri daşımalarla bağlı bütün lazımi sənədlərlə (hesabları, təlimatları, aktları və digər müşayiət sənədləri) təmin etmək;
Konteyner daşınmaları üzrə müvafiq dövri hesabatlar aparmaq və aidiyyəti üzrə göndərmək;
Müştərilərlə birbaşa ünsiyyətdə olan digər struktur bölmələrlə qarşılıqlı fəaliyyət göstərmək;
Öz səlahiyyətinə aid olan məsələlərlə əlaqədar cəmiyyətin daxili struktur bölmələrinə, onların əlaqədar sorğularına cavab vermək;
Şöbənin əsasnaməsi, bu vəzifə təlimatı və cəmiyyətin korporativ hüquqi aktları ilə müəyyən edilən, habelə rəhbərliyin tapşırığından irəli gələn digər vəzifələri icra etmək.
Tələblər
Təhsil: Ali təhsil;
İş təcrübəsi: Müvafiq sahə üzrə ən az 1 il stajı arzuolunandır;
Dil bilikləri: Rus dili (sərbəst) və ingilis dili (yaxşı);
Rəqəmsal bacarıqlar: MS office (yaxşı səviyyədə);
Müştəri xidmətlərinə aid olan normativ, metodik və digər rəhbəredici materiallara aid biliklər;
Azərbaycan Resplublikasının istehlakçıların hüquqlarının müdafiəsi haqqında qanuna dair biliklər;
Müştəri xidmətləri işinin təşkili, hesabatların tərtib edilməsi haqqında biliklər;