Azərbaycan Dəmir Yolları
Ana səhifə
/
/
/
Təmas şəbəkəsi üzrə mühəndis

Təmas şəbəkəsi üzrə mühəndis

Dünən

232

Təsvir

  • Təmas şəbəkəsinin və elektrik ötürücülərinin təkmilləşdirilməsi və gücləndirilməsi işlərini təşkil etmək;
  • Elektrik təchizatının normal işləməsində, tədbirlər planının hazırlanmasında və açılmaların səbəbinin araşdırılmasında iştirak etmək;
  • Əldə olan materiallar və ehtiyyat hissələrinin lazımi miqdarda olmasına nəzarət etmək;
  • Təmas şəbəkədə yenidənqurmanı və işin gücləndirilməsini təşkil etmək;
  • Sahənin ayrı-ayrı sexlərində mürəkkəb texnologiyalı işlərin təşkil edilməsində iştirak etmək;
  • Texniki istismar qaydalarına əməl olunmasına nəzarət etmək;
  • Əmək qanunvericiliyinə, istehsalat və əmək intizamına əməl olunmasına nəzarət etmək;
  • Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, sanitariya və yanğından mühafizənin norma və qaydalarına riayət etmək.

Tələblər

  • Təhsil: Müvafiq sahə üzrə ali təhsil;
  • İş təcrübəsi: Müvafiq sahə üzrə ən az 1 il,
  • Texniki istismar və Texniki təhlükəsizlik qaydaları;
  • Qatarların hərəkəti və manevr işinin təlimatı;
  • Elektrik enerjisinin istehlakçılara verilməsinə görə müqavilələrin bağlanılması qaydaları və dəmir yolu nəqliyyatında enerjiyə nəzarət qaydaları;
  • Təmas şəbəkənin qidalanma sxemi, avtobloklama, dartı yarımstansiyaların enerji təchizatının xarici vəziyyəti və sxemlərinə dair biliklər;
  • Montaj sxemlərin, idarəetmə sxemləri, yarımstansiya avadanlıqlarının qorunması və avtomatlaşdırılması, sahə daxilində postların seksiyalanmasına dair biliklər;
  • Elektrik stansiyaların və elektrik şəbəkə rayonlarının heyyətinin yerli və xüsusi vəzifə təlimatları;
  • Resursların idarə edilməsi;
  • Diqqətlilik;
  • Nəticəyönümlülük .

Vakansiya haqqında

Son tarix

January 22, 2026

Paylaşılıb

yanvar 9, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Logistika və nəqliyyat