Azərbaycan Dəmir Yolları
Ana səhifə
/
/
/
Texnik - (İmişli lokomotivlərin təmiri deposu )

Texnik - (İmişli lokomotivlərin təmiri deposu )

Bu gün

23

Təsvir

  • Məlumatların emalını, lazım olan texniki hesabların aparılmasını, qeyri-mürəkkəb layihələrin və sadə sxemlərin işlənib hazırlanmasını, onların texniki tapşırığa, qüvvədə olan standartlara və normativ sənədlərə cavab verilməsini yoxlamaq işlərini yerinə yetirmək;
  • Avadanlıqların və sistemlərin obyektlərdə qurulması, tənzimlənməsi, sazlanması və işə salınmasını həyata keçirmək;
  • Eksperiment və sınaqların aparılmasında iştirak etmək;
  • Proqram, təlimat və başqa texniki sənədlərin işlənib hazırlanmasında, maketlərin hazırlanmasında, eləcə də aparılan tədqiqat işlərinin hazırlanması zamanı sınaq və eksperiment işlərində iştirak etmək;
  • Təsdiq olunmuş metodiki proqram əsasında aparılan tədqiqat işləri prosesində yekun materialları, statistik hesabat məlumatlarının, elmi-texniki məlumatların yığımı, emalı və toplanması işini yerinə yetirmək;
  • İşlənib hazırlanan layihə və aparılan tədqiqat işlərinin qeydiyyatına lazım olan diaqrammaları, cədvəl, qrafik və başqa texniki sənədləri tərtib etmək;
  • Əlyazmaların, tapşırıq və hesabat sənədlərinin rəsmiləşdirilməsi üzrə texniki işləri yerinə yetirmək;
  • Sənədlərin qrafiki rəsmiləşdirilməsini həyata keçirmək;
  • Daxil olan texniki sənədləri və korrespondensiyanı qeydiyyata almaq, onların mühafizəsini təmin etmək, sənədlərin daxil olması uçotunu aparmaq və onların vaxtında yerinə yetirilməsinə nəzarət etmək;
  • Aparılan işlər haqqında hesabat tərtib etmək.

Tələblər

  • Təhsil səviyyəsi: Orta ixtisas (Müvafiq sahə üzrə);
  • İş təcrübəsi: Müvafiq sahə üzrə ən az 1 il iş təcrübəsi arzu olunandır;
  • Metodiki, normativ və sorğu materiallarını, tədqiqat və layihə, sazlama işlərinin görülməsinin əsas üsullarına dair biliklər;
  • Qeydiyyat və hesabat formalarını, onların tətbiqi və tərtibi qaydalarına dair biliklər;
  • Kargüzarlığın aparılmasının əsasları, həmçinin iqtisadiyyatın, əməyin və istehsalın təşkilinin əsaslarına dair biliklər;
  • Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyasi və yanğına qarşı mühafizənin norma va qaydalarına dair biliklər;
  • Xarici dil: İngilis və Rus dilləri - arzu olunandır;
  • MS Office proqramları üzrə çalışma bacarığı;
  • Məlumatların idarə edilməsi bacarığı;
  • Yazılı ünsiyyət bacarığı;
  • Nəticəyönümlülük;
  • Qeyd: Daxili və xarici ezamiyyələr ola bilər.

Vakansiya haqqında

Son tarix

June 11, 2026

Paylaşılıb

iyun 2, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Logistika və nəqliyyat