Azərbaycan Dəmir Yolları
Ana səhifə
/
/
/
Yol montyoru (Dübəndi, Böyükşor)

Yol montyoru (Dübəndi, Böyükşor)

Bu gün

96

Təsvir

  • Gündəlik olaraq görüləcək təmir işləri, iş yeri, istehsalat işlərinin təhlükəsizlik qaydaları haqqında müvafiq rəhbərdən cari təlimat almaq və təlimat alınması barədə müvafiq jurnalı imzalamaq;
  • İşə başlamazdan əvvəl iş alətlərinin və mühafizə vasitələrinin yararlığını yoxlamaq;
  • İş yerinə getmə və qayıtma marşurutuna əsasən görüləcək işin tərkibindən asılı olaraq yolun üst quruluşu materiallarını (yoldəyişən qurğu və onun elementləri, tipindən asılı olaraq, relslər, şpallar, tirlər, bağlayıcılar), iş alətlərini yükləmək və boşaldmaq;
  • Məsafədən asılı olaraq iş alətlərini və materialları yol vaqoncuğu və ya drezinlə daşımaq;
  • Materialların drezinə yüklənməsi zamanı kranla işləmək üçün ilməkçiləri, yolda işləyən zaman yolu çəpərləmək üçün siqnalçıları təyin etmək;
  • Standartlara uyğun olaraq yolda əsaslı, orta və cari təmir işlərini (yoldəyişənlərin və ya elementlərinin, relslərin, şpalların, bağlayıcıların yenisi və ya nisbətən yararlısı ilə əvəz edilməsi, bərkidilməsi, yolun qaldırılması, şpalların altının döyülməsi) yerinə yetirmək, diaqnostik vaqonun nəticələrinə əsasən rels xətlərinin bir birinə nisbətini, yolun planda səviyyəsini ölçmək, darlıq və genlikləri, şaquli təkanları aradan qaldırmaq;
  • Yoldəyişənlərin təmizlənməsi, yağlanması, yolların, yolun kənarlarının otdan və alaqlardan təmizlənməsi işlərini yerinə yetirmək;
  • Körpü və süni qurğular üzrə yol montyorları tərəfindən körpülərdə, su ötürücü qurğularda təmir işlərini, axının qarşısını alan tullantıların, ot və alaqların təmizlənməsi işlərini yerinə yetirmə;
  • Gündəlik iş rejimi.

Tələblər

  • Təhsil: Tam orta;
  • Yolda istifadə olunan materiallar, iş alətləri və mühafizə vasitələri haqqında məlumatlı olmaq;
  • Fiziki işə və açıq havada işləməyə dözümlü olmaq;
  • İstehsalat və yol təhlükəsizliyi qaydaları barədə məlumatlı olmaq.

Vakansiya haqqında

Son tarix

May 4, 2025

Paylaşılıb

aprel 28, 2025

Vakansiya növü

Tam ştat

Kateqoriya

Logistika və nəqliyyat