Baş və qəbul göndərmə yollarında yerləşən yoldəyişənləri normal vəziyyətdə saxlamaq;
Yoldəyişənləri təmiz saxlamaq, stansiya növbətçisi tərəfindən göstəriş aldıqda manevr işləri zamanı marşrutların düzgün hazırlanmasına əmin olmaq və nəzarət etmək;
Normal olmayan vəziyyət aşkar edilərsə təcili manevr dispetçerinə və stansiya növbətçisinə məruzə etmək; İnsan həyatı və hərəkətin təhlükəsizliyinə aid təhlükəli şərait yaranan zaman qatarın saxlanılması üçün tədbir görmək;
Yoldəyişənin nasazlığının aşkarı zamanı təcili stansiya növbətçisinə məlumat vermək;
Yoldəyişənlərdə yaranmış nasazlıq hərəkətin təhlükəsizliyinə maneə yaradarsa, yoldəyişən üzərindən hərəkəti təcili dayandırmaq, qırmızı siqnal işarəsi qoymaq və stansiya növbətçisinə xəbər vermək;
Güclü küləkli havada hərəkət tərkibinin etibarlı bərkidilməsini yoxlamaq.
Tələblər
Təhsil səviyyəsi: Orta təhsil
İş rejimi: Növbəli
İş təcrübəsi: sahə üzrə 1 il
Azərbaycan dövlət dəmiryolunun texniki istismar qaydaları üzrə biliklər;
Azərbaycan dövlət dəmiryolunun Qatarların hərəkəti və manevr işinə dair təlimat;
Azərbaycan dövlət dəmiryolunun İşarəvermə təlimatı;