Azərbaycan Dəmir Yolları
Ana səhifə
/
/
/
Yoldəyişdirici postunun böyük növbətçisi

Yoldəyişdirici postunun böyük növbətçisi

Dünən

245

Təsvir

  • Baş və qəbul göndərmə yollarında yerləşən yoldəyişənləri normal vəziyyətdə saxlamaq; 
  • Yoldəyişənləri təmiz saxlamaq, stansiya növbətçisi tərəfindən göstəriş aldıqda manevr işləri zamanı marşrutların düzgün hazırlanmasına əmin olmaq və nəzarət etmək;
  • Normal olmayan vəziyyət aşkar edilərsə təcili manevr dispetçerinə və stansiya növbətçisinə məruzə etmək; İnsan həyatı və hərəkətin təhlükəsizliyinə aid təhlükəli şərait yaranan zaman qatarın saxlanılması üçün tədbir görmək;  
  • Yoldəyişənin nasazlığının aşkarı zamanı təcili stansiya növbətçisinə məlumat vermək;  
  • Yoldəyişənlərdə yaranmış nasazlıq hərəkətin təhlükəsizliyinə maneə yaradarsa, yoldəyişən üzərindən hərəkəti təcili dayandırmaq, qırmızı siqnal işarəsi qoymaq və stansiya növbətçisinə xəbər vermək; 
  • Güclü küləkli havada hərəkət tərkibinin etibarlı bərkidilməsini yoxlamaq.


Tələblər

  • Təhsil səviyyəsi: Orta təhsil
  • İş rejimi: Növbəli
  • İş təcrübəsi: sahə üzrə 1 il
  • Azərbaycan dövlət dəmiryolunun texniki istismar qaydaları üzrə biliklər;
  • Azərbaycan dövlət dəmiryolunun Qatarların hərəkəti və manevr işinə dair təlimat;
  • Azərbaycan dövlət dəmiryolunun İşarəvermə təlimatı;
  • Diqqətlilik, peşəkar ehtiyatlılıq.

Vakansiya haqqında

Son tarix

May 11, 2025

Paylaşılıb

may 1, 2025

Vakansiya növü

Tam ştat

Kateqoriya

Digər