AQA Şirkətlər Qrupu
Ana səhifə
/
/
/
Front-end Developer (intern)

Front-end Developer (intern)

Bu gün

10

Təsvir

Azərbaycanın ilk müstəqil faktorinq şirkəti Ferrum Capital Front-end Developer (intern) vakansiyası elan edir.

Ferrum Kapital QSC, 2017-ci ildə Azərbaycan Respublikasının ilk müstəqil faktorinq şirkəti və AGA Group şirkətlər ailəsinin üzvü olaraq yerli və xarici şirkətlərə faktorinq və digər maliyyə xidmətləri göstərmək məqsədilə yaradılmışdır.

Ferrum Kapital QSC-nin missiyası, ilk iş təcrübəsini bizimlə başlamaq və karyera yüksəlişi əldə edərək özünü inkişaf etdirmək istəyən namizədlərin seçdiyi lider şirkətlərindən biri olmaqdır.

Sizə məlumat vermək istərdik ki, Ferrum Kapital komandasının böyük bir hissəsini istedadlı gənclər təşkil edir və bu cür gənclərin sayını artırmaq üçün yeni istedadlar axtarırıq. Komandamıza qoşulmaqla gənclər uğur qazanmaq və bizimlə birlikdə böyümək imkanı əldə edəcəklər.


Vəzifə öhdəlikləri:


  • Web tətbiqlərinin interfeys hissəsinin hazırlanması və optimallaşdırılması;
  • Dizaynların real layihələrdə tətbiqi;
  • API-lərlə inteqrasiya olunmuş dinamik səhifələrin hazırlanması;
  • Reusable komponentlərin hazırlanması və kod keyfiyyətinin qorunması;
  • UI/UX komandası ilə sıx əməkdaşlıq;
  • Verilən tapşırığa adaptasiya olmaq və sərbəst araşdırmaq. 



Tələblər

HTML5, CSS3, JavaScript (ES6+) üzrə möhkəm baza;

React.js (və ya Next.js) framework-lərində praktiki təcrübə;

TypeScript bilikləri;

TailwindCSS və ya Styled Components ilə işləmə təcrübəsi;

API inteqrasiyası (REST və ya GraphQL) bilikləri;

Ən azı 1-2 real layihə (freelance, şəxsi və ya universitet);

Sərbəst araşdırma bacarığı;

Komanda ilə işləmək bacarığı;

Yaradıcı düşünmə və problemləri həll etmə bacarığı

Vakansiya haqqında

Son tarix

May 24, 2026

Paylaşılıb

aprel 24, 2026

Vakansiya növü

Tam ştat

Təcrübə

1-2 il

Vəzifə dərəcəsi

Gənc mütəxəssis

Təhsil

Bakalavr

Kateqoriya

Elm, Texnologiya və Mühəndislik