AQA Şirkətlər Qrupu
Ana səhifə
/
/
/
Korporativ Satış üzrə kiçik mütəxəssis

Korporativ Satış üzrə kiçik mütəxəssis

23-10-2024

4.5K

Bağlanılıb

Təsvir

"AQA Şirkətlər Qrupu" nəzdində fəaliyyət göstərən Music Gallery brendinə aid elektronika mağazası "Korporativ Satış üzrə kiçik mütəxəssis" vakansiyasını elan edir.


Vəzifə öhdəlikləri:

  • Korporativ müştərilərlə əlaqələr quraraq, şirkətin məhsullarına dair tanıtımlar etmək;
  • Yeni müştərilər tapmaq, onlarla birbaşa əlaqə quraraq məhsullar haqqında məlumat vermək və onlarla görüşlər keçirmək;
  • Mövcud korporativ tərəfdaşları daim diqqətdə saxlamaq və sorğular göndərmək;
  • Bazar araşdırması aparmaq, müştəri tələbatlarını öyrənmək;
  • İşlədiyi şöbənin fəaliyyəti ilə bağlı bilavasitə öz rəhbərinin xidməti tapşırıqlarını yerinə yetirmək.

Tələblər

  • Ali təhsil;
  • Satış sahəsində təcrübə və ya satış yönümlü bilik və bacarıqlar;
  • Musiqi alətləri ilə bağlı təhsil və ya bilik mütləqdir;
  • 21-29 yaş aralığı;
  • Əla səviyyədə azərbaycan dili və rus dili;
  • Komanda ilə işləməyi bacarmaq, işinə həvəsli və özünü təkmilləşdirməyə meyilli olmaq;
  • Ünsiyyət və inandırma bacarığının olması;
  • Analitik düşünmək, diqqətli olmaq;
  • Hədəf yönümlü olmaq;
  • Düzgün səs tonuna və diksiyaya malik olmaq.


Əlavə məlumat

  • 5 günlük iş qrafiki: 09:30 – 18:30

Vakansiya haqqında

Son tarix

oktyabr 30, 2024

Paylaşılıb

oktyabr 23, 2024

Vakansiya növü

Tam ştat

Əmək haqqı

400+ - bonus AZN

Kateqoriya

Satış və müştəri xidmətləri