AQA Şirkətlər Qrupu
Ana səhifə
/
/
/
Satış məsləhətçisi (Gəncə filialı)

Satış məsləhətçisi (Gəncə filialı)

Bu gün

1.7K

Təsvir

"AQA Şirkətlər Qrupu" nəzdində fəaliyyət göstərən Music Gallery brendinə aid elektronika mağazası Gəncə filialı üzrə "Satış məsləhətçisi" vakansiyasını elan edir:


Vəzifə öhdəlikləri:

  • Satışla bağlı müxtəlif qayda və prosedurlar, o cümlədən kampaniyalar haqqında məlumatı vaxtında öyrənmək və tətbiq etmək;
  • Vitrinlərin, rəflərin tərtibatı, mal təminatını izləmək;
  • Müştəriləri mağazada qarşılamaq, onların tələbatını öyrənmək, məhsullar haqqında ətraflı və doğru məlumat vermək;
  • Mövcud müştərilər ilə əlaqələri gücləndirmək, yeni müştərilər qazanmaq;
  • Qoyulmuş satış hədəflərinə çatmaq;
  • Şirkət tərəfindən təşkil olunan təlimlərdə iştirak etmək və verilən tədris materiallarını öyrənmək;
  • Şirkətin qəbul etdiyi qayda və prosedurlara riayət etmək

Tələblər

  • Ali və ya orta təhsil
  • Sahə üzrə minimum 1 il iş təcrübəsi
  • Yüksək səviyyədə azərbaycan və rus dili biliyi
  • Aktiv, çevik, məsuliyyətli və kollektivlə işləmə bacarığı
  • Güclü ünsiyyət, problem həll etmə və qərar vermək bacarığı


Əlavə məlumat

6 günlük iş qrafiki (növbəli)

Vakansiya haqqında

Son tarix

noyabr 29, 2024

Paylaşılıb

noyabr 23, 2024

Vakansiya növü

Tam ştat

Kateqoriya

Satış və müştəri xidmətləri