AQA Şirkətlər Qrupu
Ana səhifə
/
/
/
Məhkəmə qərarlarının icrası üzrə hüquqşünas

Məhkəmə qərarlarının icrası üzrə hüquqşünas

21-05-2024

2.1K

Bağlanılıb

Təsvir

"AQA Şirkətlər Qrupu" nəzdində fəaliyyət göstərən Ferrum Capital brendi "Məhkəmə qərarlarının icrası üzrə hüquqşünas" vakansiyasını elan edir:


Məhkəmə qərarlarının icrası üzrə hüquqşünas nə iş görür?

  • Qüvvəyə minmiş məhkəmə qərarlarının icrasını təmin etməklə bağlı müvafiq məcburi icra tədbirlərinin həyata keçirilməsi üçün İcra şöbələrində hüquqi şəxsi təmsil etmək ;
  • Məhkəmə qərarına əsasən borclular ilə əlaqə yaratmaq və danışıqlar aparmaq;
  • İcra işinin təmin edilməsi üçün prosesə, aylıq ödənişlərə nəzarət etmək və borclunun adına olan əmlakların və digər gəlirlərin müəyyən edilməsi üçün İcra məmurları tərəfindən müvafiq sorğuların verilməsini təmin etmək ;
  • İcraatda olan və icraatı tamamlanmış məhkəmə və icra işlərinin uçotunu və saxlanmasını həyata keçirmək;
  • Müvafiq məlumat bazası yaratmaq, hesabatlar hazırlamaq ;
  • İcra şöbələri və məhkəmələrdə nümayəndə qismində iştirak etmək.

Tələblər

Hansı özəlliklərə malik olmalıdır?

  • Hüquq sahəsində ali təhsil;
  • Mükəmməl azərbaycan dili (rus dili arzu olunandır);
  • Yüksək ünsiyyət qurma və komandada işləmək bacarığı;

Vakansiya haqqında

Son tarix

iyun 30, 2024

Paylaşılıb

may 21, 2024

Vakansiya növü

Tam ştat

Əmək haqqı

500 - 1100 AZN

Kateqoriya

Hüquq