AQA Şirkətlər Qrupu

Middle FullStack Developer

Bu gün

19

Təsvir

Azərbaycanın ilk müstəqil faktorinq şirkəti Ferrum Capital Middle FullStack Developer

vakansiyası elan edir.


Ferrum Kapital QSC, 2017-ci ildə Azərbaycan Respublikasının ilk müstəqil faktorinq şirkəti və AGA Group şirkətlər ailəsinin üzvü olaraq yerli və xarici şirkətlərə faktorinq və digər maliyyə xidmətləri göstərmək məqsədilə yaradılmışdır.

Ferrum Kapital QSC-nin missiyası, ilk iş təcrübəsini bizimlə başlamaq və karyera yüksəlişi əldə edərək özünü inkişaf etdirmək istəyən namizədlərin seçdiyi lider şirkətlərindən biri olmaqdır.

Sizə məlumat vermək istərdik ki, Ferrum Kapital komandasının böyük bir hissəsini istedadlı gənclər təşkil edir və bu cür gənclərin sayını artırmaq üçün yeni istedadlar axtarırıq. Komandamıza qoşulmaqla gənclər uğur qazanmaq və bizimlə birlikdə böyümək imkanı əldə edəcəklər.

 

Vəzifə öhdəlikləri:



  • React.js / Next.js üzrə möhkəm praktiki təcrübə (App Router, Server Actions daxil);
  • TypeScript ilə rahat işləmə bacarığı;
  • Node.js əsaslı backend (Express.js və ya Nest.js) və ya Python (FastAPI) üzrə real layihə təcrübəsi;
  • RESTful API dizaynı, inteqrasiyası və praktiki təhlükəsizlik anlayışı (JWT, OAuth2);
  • PostgreSQL və ya MongoDB ilə işləmə təcrübəsi;
  • Docker ilə işləmə və cloud deploy təcrübəsi (Railway, Render, Vercel, AWS);
  • Unit və ya integration test yaza bilmək (Jest, Vitest, Pytest və s.);
  • Production mühitində error handling, logging və debugging bacarığı;
  • Git / GitHub ilə komanda axınına (branching, PR, code review) uyğun iş təcrübəsi;
  • Ən azı 2-3 müstəqil və ya freelance layihə — startup, şəxsi məhsul və ya müştəri layihəsi;
  • AI alətlərini (ChatGPT, Cursor, Copilot və s.) gündəlik iş axınında aktiv istifadə etmə.

Tələblər

  • Komandanın aktiv Süni İntellekt məhsul və layihələri üçün end-to-end full-stack həllərin hazırlanması;
  • Süni İntellekt alətləri və modelləri ilə inteqrasiya olunmuş istifadəçi interfeyslərinin və API-lərin qurulması;
  • Sürətli dəyişən startup mühitində müstəqil qərar qəbul edərək layihələrin aparılması ;
  • Komanda ilə sıx əməkdaşlıq, ideya müzakirəsi və texniki qərarlara töhfə vermək.


Üstünlük sayılacaq:


  • OpenAI, Anthropic, Gemini və ya oxşar AI API-ləri ilə inteqrasiya təcrübəsi;
  • LangChain, LlamaIndex və ya agent-based sistemlər haqqında bilik;
  • Prisma ORM və ya TypeORM ilə işləmə bacarığı;
  • Startup və ya sürətli inkişaf edən mühitdə komanda təcrübəsi;
  • GitHub portfolio — canlı linklərlə paylaşıla bilən real layihələr.


Vakansiya haqqında

Son tarix

May 28, 2026

Paylaşılıb

aprel 28, 2026

Vakansiya növü

Tam ştat

Təcrübə

1 ilədək

Vəzifə dərəcəsi

Gənc mütəxəssis

Təhsil

Bakalavr

Kateqoriya

Elm, Texnologiya və Mühəndislik