AQA Şirkətlər Qrupu
Ana səhifə
/
/
/
Rəqəmsal Marketinq üzrə Baş Mütəxəssis

Rəqəmsal Marketinq üzrə Baş Mütəxəssis

09-10-2024

1.6K

Bağlanılıb

Təsvir

Azərbaycanın ilk müstəqil faktorinq şirkəti Ferrum Capital Rəqəmsal marketinq üzrə baş mütəxəssis vakansiyası elan edir.


Ferrum Kapital QSC, 2017-ci ildə Azərbaycan Respublikasının ilk müstəqil faktorinq şirkəti və AGA Group şirkətlər ailəsinin üzvü olaraq yerli və xarici şirkətlərə faktorinq və digər maliyyə xidmətləri göstərmək məqsədilə yaradılmışdır.

Ferrum Kapital QSC-nin missiyası, ilk iş təcrübəsini bizimlə başlamaq və karyera yüksəlişi əldə edərək özünü inkişaf etdirmək istəyən namizədlərin seçdiyi lider şirkətlərindən biri olmaqdır.

Sizə məlumat vermək istərdik ki, Ferrum Kapital komandasının böyük bir hissəsini istedadlı gənclər təşkil edir və bu cür gənclərin sayını artırmaq üçün yeni istedadlar axtarırıq. Komandamıza qoşulmaqla gənclər uğur qazanmaq və bizimlə birlikdə böyümək imkanı əldə edəcəklər.



Vəzifə öhdəlikləri:

  •  Planlaşdırılmış rəqəmsal marketinq büdcəsinin idarə edilməsi və hər bir yerləşdirmə kanalları (Ödənişli media, mobil, sosial və SEO) üzrə maksimal effektivliyin əldə edilməsinə nəzarət etmək;
  • Şirkətin müxtəlif virtual şəbəkələrdə reklam kompaniyalarını həyata keçirmək;
  • Ən yeni və səmərəli SEO təcrübələrini analiz və tətbiq etmək;
  • A/B testinq və bənzər alətlərdən istifadə edib müştəri seqmentləri və kanalların effektivliyini təhlil etmək;
  • Bütün rəqəmsal reklam kampaniyalarının fəaliyyətini ölçmək, hesabat hazırlmaq və hədəflərə əsasən onları qiymətləndirmək (ROI/KPI və s.);
  • Məhsul və xidmətlərin istifadəçilərinin artımını təmin etmək üçün yeni rəqəmsal kanalları sınaqdan keçirmək;
  • Şirkətin sosial media platformalarına (Instagram, Facebook, Linkedin, YouTube, və s.) nəzarət etmək;
  • Kampaniyaların nəticələrini və effektivliyini təhlil etmək və rəqəmsal marketinq portfeli üzrə aylıq hesabatlar yaratmaq.

Tələblər

  •  Təhsil: Ali
  •  Marketinq sahəsində minimum 1 il iş təcrübəsi;
  • Analitik, kreativ, məntiqi düşüncəyə sahib olmaq;
  • Tapşırıqlara marketinq nöqteyi-nəzərdən yanaşmaq; 
  • Axtarış motorlarının alqoritmləri barədə məlumatlı olmaq;
  • Google (Ads, Analytics, YouTube), CDMP (Certified Digital Marketing Professional), Facebook BluePrint və s;

Vakansiya haqqında

Son tarix

noyabr 18, 2024

Paylaşılıb

oktyabr 9, 2024

Vakansiya növü

Tam ştat

Təcrübə

1-2 il

Vəzifə dərəcəsi

Mütəxəssis

Təhsil

Bakalavr

Kateqoriya

Kütləvi İnformasiya vasitələri və İctimaiyyətlə Əlaqələr