"AQA Şirkətlər Qrupu" nəzdində fəaliyyət göstərən DeFacto brendinə aid geyim mağazası Əhmədli filialı üzrə "Satış məsləhətçisi" vakansiyasını elan edir.
Vəzifə öhdəlikləri:
- Məhsulun satışının təşkil olunması;
- Mağazanın daxilində pozitiv komanda ruhunun qorunub saxlanılması;
- Hər zaman müştərilərə nəzakətli və gülərüz şəkildə xidmətlər göstərilməsi;
- Satış texnikaları üzrə nəzəri və praktiki biliklərə malik olmaq;
- Məsuliyyətli, kollektivdə işləmək və yüksək səviyyədə ünsiyyət bacarığı;
- Mağaza müdirinin tapşırıqlarının yerinə yetirilməsi;
- Müştərilərinin seçimlərində yardımçı olunması, onlara məhsullar haqqında dolğun məlumatın verilməsi.