AQA Şirkətlər Qrupu

Xəzinədar

08-10-2024

4.4K

Bağlanılıb

Təsvir

"AQA Şirkətlər Qrupu" nəzdində fəaliyyət göstərən DeFacto brendinə aid geyim mağazası Gənclik Mall filialı üzrə "Xəzinədar" vakansiyasını elan edir.


Vəzifə öhdəlikləri:

  • Şirkətin prosedurları, qaydaları və təşkilati strukturuna uyğun fəaliyyət göstərmək;
  • Şirkətin korporativ geyim, korporativ yazışma, korporativ davranış və ünsiyyət qaydalarına riayət etmək, şəxsi təmizliyinə və xarici görünüşünə fikir vermək;
  • İşçi iclaslarında və təlimlərində iştirak etmək, fərdi və professional bilik və bacarıqlarını artırmaq;
  • Korporativ standartlara uyğun olaraq kassaya gələn müştəriləri təbəssümlə qarşılamaq, müştərilərə ödəniş alternativlərini bildirmək və ödəniş seçiminə uyğun olaraq satış əməliyyatını həyata keçirmək;
  • Kassada istifadə olunan proqram təminatının özünə aid olan istifadəçi şifrə və parolunun məxfiliyini qorumaq, kassa əməliyyatlarını yalnız öz istifadəşi şifrəsi ilə aparmaq;
  • Kassaya satış üçün gələn məhsullardan həyəcan siqnallarını çıxarmaq, ödəniş prosedurunu icra etmək, məhsulu bükməli, son nəzarət qurğusunda həyəcən nəzarətini yerinə yetirmək və xidmət standartlarına uyğun xudahafizləşərək müştəriyə xidməti bitirmək;
  • Mövcud olan xüsusi (kredit kartları ilə dövrü müqavilələr və s.) və ümumi (kartların sektor xüsusiyyətli kampaniyası) kampaniyalarla tanış olmaq, məlumatları müştərilərə dolğun və dəqiq çatdırmaq;
  • Müştərini çox gözlətmədən kassa əməliyyatlarını mümkün qədər tez bitirmək. Kassa qarşısında müştəri sıxlığı artdıqda, təcili olaraq lazımi prosedurların (yeni kassa açmaq, işçi əlavə etmək və s.) görülməsi üçün mağaza müdirini məlumatlandırmaq;
  • Mağazanın musiqi səsləndirmələri ilə bağlı korporativ standartlara əməl etmək;
  • Korporporativ standartlara uyğun olaraq telefon zənglərinə cavab vermək, müştəriləri məlumatlandırmaq və ya bunu təşkil etmək;
  • Əgər kassada oxunan qiymətlə etiketdəki real qiymət arasında hər hansı uyğunsuzluq olarsa onda bu barədə dəqiqləşmə və ya düzəliş üçün mağaza mudirinə müraciət etmək;
  • Əgər kassaya gələn hər hansı malda ştrixlənmiş kod olmazsa onda bununla bağlı lazımi nəzarət və düzəlişlər aparılması üçün uyğun bölüm işçilərini və mağaza rəhbərliyini məlumatlandırmaq;
  • Müştərilər tərəfindən malın geri qaytarılması və ya dəyişdirilməsi ilə əlaqədar müraciət edilərkən, bu işi malın qaytarılması və malın dəyişdirilməsi prosedurlarına uyğun icra etmək, mağaza nəzarətçisinə bildirmək və proqram təminatında bununla bağlı lazımı əməliyyatlar aparmaq;
  • Müştəri tərəfindən qaytarılmış zədələnmiş mal üçün, malın qaytarılması və malın dəyişdirilməsi prosedurlarını bitirdikdən sonra, malın zədəsini bildirən markeri malın üzərinə yapışdırmaq və malı anbardakı işçilərə çatdırmaq. O işçilərin bu şərtlərə necə əməl etdiyini də izləmək və yoxlamaq;
  • Müştərilər tərəfindən alış-veriş zamanı saxta pullar vasitəsilə odəniş olunmamasını diqqətdə saxlamaq, saxta əskinazları müəyyən etməyi bacarmaq;
  • Gündəlik satışlardan formalaşan nəğd pulun ödəniş olunması üçün mağaza müdirinə məlumat vermək;
  • Sonuncu müştəri mağazadan çıxdıqdan sonra kassa əməliyyatlarını yekunlaşdırmalı, proqram təminatından, kassa reyestrindən və POS qurğularından lazımi hesabatları götürmək. Satışları yoxlamaq və sənədlərin mağaza rəhbərliyi tərəfindən imzalandığını təmin etmək;
  • Əməliyyatların hər hansı texniki problemlərdən silinməsi lazım gəldikdə mağaza rəhbərliyini məlumatlandırmaq.
  • Daimi olaraq iş yerində əsas vəsaitlərin (kassa qurğuları, audio system qurğuları, POS qurğuları, son yoxlama qurğuları və s.) əməliyyat vəziyyətinə nəzarət etmək. Bu qurğuların lazımi istifadəsinə, qorunmasına nəzarəti təmin etmək;
  • İstifadə olunan kassa rulonları, hədiyyə kağızları, reklam materialları, dəftərxana mallarını nəzarətdə saxlamaq, ehtiyac yarandıqda sifariş olunması üçün mağaza müdirinə məlumat vermək;
  • Kassa sənədlərini düzgün qaydada arxivləşdirərək, onları mağaza rəhbərliyini məlumatlandırmaqla prosedurlara uyğun olaraq münasib bölmələrə yerləşdirmək;
  • Kassa ərazisinin təmiz və səliqəli olmasına nəzarət etmək;
  • Mağaza rəhbərliyi tərəfindən verilən digər vəzifələri icra etmək.

Tələblər

  • Təhsil: Orta və ya ali təhsil
  • Müvafiq sahədə 1 il iş təcrübəsi
  • Ofis proqramlarında işləmək bacarığı
  • Kassa proqramları, POS qurğuları və s. istifadə bacarığı
  • Xarici dil biliyi arzuolunandır.

Vakansiya haqqında

Son tarix

oktyabr 30, 2024

Paylaşılıb

oktyabr 8, 2024

Vakansiya növü

Tam ştat

Təcrübə

1-2 il

Vəzifə dərəcəsi

Digər

Təhsil

Orta təhsil

Əmək haqqı

500 - 500 AZN

Kateqoriya

Satış və müştəri xidmətləri