"Agrarco" MMC
Ana səhifə
/
/
/
SƏTƏM üzrə baş mühəndis

SƏTƏM üzrə baş mühəndis

15-10-2024

1.3K

Bağlanılıb

Təsvir

  • Şirkətin bütün iş yerlərində SƏTƏM xidmətinin işini təşkil etmək və idarə etmək;
  • Tabeçiliyində olan işçilərin işlərini effektiv şəkildə təşkil etmək və onlara rəhbərlik etmək;
  • İşçilərin sağlamlığı, əməyin təhlükəsizliyi, ətraf mühitlə bağlı riskləri qiymətləndirmək və aradan qaldırılması üçün tərdbirlər hazırlamaq və icrasını təmin etmək;
  • SƏTƏM üzrə qanunvericilik və standartlarda yenilikləri izləmək, uyğunluğun təmin edilməsi üçün təlimat və sənədlər hazırlamaq;
  • Qanunvericilik və standartlarda yeniliklərlə bağlı İdarə Heyətini məlumatlandırmaq;
  • Şirkətin regionlardakı vacib nöqtələrində düzgün SƏTƏM sistemini qurmaq və lazımi tədbirləri həyata keçirmək;
  • SƏTƏM fəaliyyətlərinə nəzarət etmək, müntəzəm monitorinqlər keçirmək və rəhbərliyə aylıq hesabatlar hazırlamaq;
  • İşçilərin SƏTƏM normaları və qaydaları üzrə təlimatlandırılmasını və biliklərinin yoxlanılmasını təmin etmək;
  • İşçilərin davamlı maarifləndirilməsi üçün həm SƏTƏM komandasına, həm əlaqədar tərəflərə ayda 40 saatdan az olmayaraq təlimlər keçirmək;
  • Fövqəladə hallara hazırlıq planları hazırlamaq və işçilərin təlimatlandırılmasını təmin etmək;
  • İş yerlərində sanitariya-gigiyena şəraitinin və əməyin mühafizəsi üzrə normativlərin yerinə yetirilməsini təmin etmək;
  • İşçilərin müəyyən edilmiş müddətlərdə lazımi xüsusi geyim, xüsusi ayaqqabı və fərdi mühafizə vasitələri ilə təmin edilməsini təşkil etmək;
  • SƏTƏM hadisələrinin səbəblərini araşdırmaq, təhlil etmək və gələcəkdə qarşısını almaq üçün tədbirlər həyata keçirmək;
  • Ətraf mühitin qorunması və resurslardan səmərəli istifadəni təşviq etmək;
  • Ətraf mühitə təsirin minimuma endirilməsi üçün lazımi tədbirlərin həyata keçirilməsini təmin etmək.

Tələblər

  • SƏTƏM, biznesin idarə edilməsi və ya mühəndislik sahəsi üzrə bakalavr dərəcəsi.
  • Son 2 il rəhbər vəzifədə olmaqla SƏTƏM sahəsində ən azı 5 il iş təcrübəsi.
  • SƏTƏM üzrə beynəlxalq səviyyədə tanınmış akkreditasiya sertifikatları (NEBOSH, IOSH, ISO 45001 və s) üstünlük sayılacaq.
  • Azərbaycan dilində mükəmməl yazılı və şifahi ünsiyyət bacarıqları. İngilis dili biliyi üstünlük sayılacaq.
  • Microsoft Office (Word, Excel, Outlook, Power Point) proqramlarını peşəkar istifadə bacarığı;
  • Təşkilatçılıq, problem həll etmə və əməkdaşlıq bacarıqları;
  • Namizədin "B" kateqoriyalı sürücülük vəsiqəsinin olması arzuolunandır.

Vakansiya haqqında

Son tarix

noyabr 24, 2024

Paylaşılıb

oktyabr 15, 2024

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə

İmtiyazlar

  • Könüllü tibbi sığorta (bütün ailə üzvlərini əhatə edən)
  • Korporativ nömrə və danışıq limiti
  • Bilik və bacarıqların inkişafı: Mütərəqqi təlim imkanlarından yararlanma şansı