İstehsalat avadanlıqlarının texniki baxış, təmir və sazlanması işlərini həyata keçirmək, avadanlıqların fasiləsiz və təhlükəsiz fəaliyyətini təmin etmək.
- İstehsalat avadanlıqlarının texniki baxışını, təmirini və sazlanmasını həyata keçirmək;
- Avadanlıqlarda yaranan mexaniki nasazlıqları müəyyən etmək və aradan qaldırmaq;
- Mexaniki hissələrin sökülməsi, təmiri, dəyişdirilməsi və yığılmasını həyata keçirmək;
- Avadanlıqların planlı və profilaktik texniki baxışlarında iştirak etmək;
- Təmir və texniki xidmət zamanı istifadə olunan alət və avadanlıqlardan düzgün istifadə etmək;
- Aşkar edilmiş nasazlıqlar barədə birbaşa rəhbərə məlumat vermək;
- İstehsalat avadanlıqlarının işlək vəziyyətdə saxlanılmasına dəstək olmaq;
- Əməyin mühafizəsi, təhlükəsizlik və sanitariya-gigiyena qaydalarına riayət etmək.
İmtiyazlar
- 🚍 Servis xidməti – Sumqayıt və 20 Yanvar istiqamətləri üzrə;
- 🏥 Könüllü tibbi sığorta;
- 🍽️ Nahar ilə təminat;
- 📍 Yaxın ərazilərdə yaşayan namizədlərə üstünlük – müəssisə Xırdalan şəhəri, Hökməli dairəsi yaxınlığında yerləşir.