Prime Cotton
Ana səhifə
/
/
/
SƏTƏMM üzrə mütəxəssis

SƏTƏMM üzrə mütəxəssis

Bu gün

6

Təsvir

Şirkətin SƏTƏM strategiyasına uyğun fəaliyyətin təşkili və həyata keçirilməsi

SƏTƏM mədəniyyətinin şirkət daxilində formalaşdırılması və işçilərin koordinasiyalı şəkildə proseslərə cəlb edilməsi

İstehsalatda sağlam və təhlükəsiz əmək şəraitinin yerli qanunvericiliyin tələblərinə uyğun şəkildə təmin edilməsi

Təhlükəli və zərərli istehsalat amillərinə nəzarət mexanizmlərinin qurulması və effektiv izlənməsi

İstehsalatda istifadə olunan avadanlıq və qurğuların təhlükəsiz istismarının təmin edilməsi

Davamlı yaxşılaşdırma proseslərinə dəstək məqsədilə tədbirlərin planlaşdırılması və tətbiqi

Tullantıların idarə olunması prosesinin müvafiq qanunvericilik və standartlara uyğun şəkildə tənzimlənməsi, hesabatlılıq mexanizmlərinin müəyyən olunmas

SƏTƏM üzrə aidiyyəti struktur bölmələrdən məlumatların toplanması və baş ofisə mütəmadi hesabatların təqdim olunması

SƏTƏM sahəsində dövlət qurumları ilə əlaqələrin qurulması və fəaliyyətlərin mövcud qanunvericiliyə uyğun təşkili

Sənədləşdirilmiş məlumatların idarə olunması prinsiplərinə uyğun olaraq məlumat bazasının yaradılması (lazım gəldikdə), mövcud məlumatların təhlili və prosesin inkişafı üçün tövsiyələrin hazırlanması

Daxili auditlərin illik plana əsasən keçirilməsi, xarici auditlərdə iştirak və bu proseslərdə müəyyən olunan uyğunsuzluqlar üzrə düzəltmə və düzəldici tədbirlərin planlaşdırılması

Uyğunsuzluqlar üzrə kök səbəb analizlərinin aparılması və nəticələrin sənədləşdirilməsi

İşçilərin bilik və bacarıqlarının yoxlanılması prosesinin təşkili

Yeni işçilər üçün giriş (intro), yanğın təhlükəsizliyi və planlı SƏTƏM təlimlərinin təşkil olunması və keçirilməsi


Tələblər

·        Müvafiq sahə üzrə iş təcrübəsi olanlara üstünlük verilir

·        Müvafiq sahə üzrə Sertifikatlar arzuolunandır

·        Azərbaycan dili

·        MS Office (Word, Excel,Outlook)bilikləri mütləq,

·        Filialın yerləşdiyi regionda (rayon, şəhər, kənd və s.) yaşayan şəxslərə üstünlük verilir

Vakansiya haqqında

Son tarix

October 23, 2026

Paylaşılıb

sentyabr 23, 2026

Vakansiya növü

Tam ştat

Təcrübə

1-2 il

Vəzifə dərəcəsi

Mütəxəssis

Təhsil

Bakalavr

Kateqoriya

Sənaye və Kənd Təsərrüfatı